Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Sen 09:07Olke
Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri ilə görüşüb
22 sentyabr 2020-ci il tarixində nazir Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri Paula Leal da Silvanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, görüşdə, həmçinin Portuqaliyanın Azərbaycandakı Fəxri konsulu Murad Rəhimov iştirak edib.
Nazir Ceyhun Bayramov Portuqaliya səfirinin ölkələr arasında münasibətlərin inkişafına töhfə verən fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan - Portuqaliya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli əsaslarda genişləndirilməsi imkanlarının mövcud olduğunu qeyd edib. Xarici İşlər Nazirlərlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Səfir Paula Leal da Silva öz hökuməti adından Ceyhun Bayramovu nazir təyin edilməsi münasibətilə təbrik edib. Səfir Azərbaycanda fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəmədiyini bildirib. Fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov Portuqaliya səfirinə bölgədə həll olunmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, eləcə də bölgədə müşahidə olunan gərginlik barədə məlumat verib. Ermənistan hökumətinin təhrikçi və təxribatçı fəaliyyətinin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğu qeyd edilib. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacib olduğu vurğulanıb.
Səfir Paula Leal da Silva ölkəsinin mövqeyinin bəlli olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini qeyd edib.
Tərəflər, həmçinin ümumdünya sağlamlıq böhranı ilə münarizə mövzusuna toxunaraq, bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Portuqaliya səfiri Azərbaycan Respublikası Prezidentinin Covid-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi xüsusi qeyd edərək, bu təşəbbüsün Portuqaliya hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ