Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Sen 12:59Olke
Ermənilər üsyan etdi – “Saakaşvili seçkidə qalib gəlsə…” – ƏTRAFLI
AzTimes.az-a istinadən, Respublikaxəbər.az xəbər verir ki, bu barədə ArmenianReport yazır:
“Onun dövründə (Saakaşvilinin) anti-erməni oxu meydana gəldi: Azərbaycan-Gürcüstan-Türkiyə. Bütün beynəlxalq təşkilatlarda gürcülərin anti-erməni təbliğatlarında azərbaycanlıların müttəfiqinə çevrilməsi təəccüblü deyildi. Saakaşvili, ölkənin erməni əhalisini etnik kimliyini qorumaq, ana dilini öyrənmək və Ermənistanla sərbəst əlaqə qurmaq, yaxşı həyat səviyyəsi və bərabər hüquqlarla təmin etmək haqqından məhrum etdi. Saakaşvilinin erməni dərsliklərinin, qəzet və jurnallarının Gürcüstana gətirilməsini qadağan etməsi barədə əmri, Gürcüstan-Ermənistan sərhədində gürcü sərhədçilər tərəfindən bunların müsadirə olunması Ermənistanda ciddi narahatlıq doğurmuşdu.
Gürcülər, malları onların ərazisindən keçirərkən mütəmadi olaraq bizim üçün problemlər yaradırlar. Tiflis Qarabağ məsələsində azərbaycanlılara dəstək verməyə davam edir, Cavaxa sakinləri isə gürcü millətçilərinin boyunduruğu altında qalmağa davam edirlər. Çox uzağa getməyək: Tavuş istiqamətindəki İyul toqquşmaları zamanı gürcülər, qəsdən Ermənistana onların ərazilərindən keçərək silah göndərilməsinə icazə vermədilər, baxmayaraq ki, çətinlik çəkəcəyimizi yaxşı başa düşürdülər.
Saakaşvili oktyabrda keçiriləcək parlament seçkilərində qalib gəlsə, vəziyyət xeyli pisləşəcək. Mişikonun vətənində olmadığı illərdə fikirlərini dəyişdiyinə inanmaq sadəcə sadəlövhlük olardı. O, iyul ayının sonunda azərbaycanlı jurnalistlərlə söhbətində dedi ki, gürcülərin Azərbaycana qarşı nankorluq etmək üçün bir səbəbi yoxdur. Əksinə, son illər ərzində bizə edilən yardımlara görə bu ölkəyə daha çox minnətdar olmalıyıq.
Mixail Saakaşvilinin Gürcüstanın Baş naziri seçilməsi Ermənistan üçün ciddi problemə çevriləcək və İrəvan ətrafında ona qarşı qeyri-loyal münasibətdə olan daha bir dövlət olacaq”
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi