Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 İyl 20:01Olke
İƏT Parlament Assambleyası: “Erməni qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib.
Respublikaxəbər.az xəbər verir ki, Ermənistan ordusu tərəfindən edilən hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğal altında qalmasından dərin narahatlığını ifadə edən Baş katibin bəyanatında deyilir ki, 12 iyulda Ermənistan silahlı qüvvələrinin artilleriya dəstəyi ilə həyata keçirdiyi hücumun nəticəsində Azərbaycan Respublikasının ərazisində iki nəfərin ölümünə və beş nəfərin yaralanmasına səbəb olub.
İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas tərəfindən verilən bəyanatda Ermənistan Respublikasının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan Respublikasına qarşı təcavüzü pislənilir, bir daha bu hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğalının əbədiləşdirilməsindən dərin narahatlıq ifadə olunur.
Baş katibin bəyanatında həmçinin vurğulanır ki, Muhammed Xurayçi Niyas İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2020-ci ilin yanvar ayında Burkina-Fasoda keçirilən 15-ci Konfransından başqa, digər konfransların qətnamə və qərarlarına əsasən, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə əsasən, erməni qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarmağa çağırır və Ermənistanın onlara tabe olmağa məcbur edilməsi üçün bu Qərar və Qətnamələrin ciddi şəkildə yerinə yetirilməsini tələb edir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi