Sorğu
Оцените работу движка

09 Sen 12:19Olke

Sumqayıtda ata ögey qızına işgəncə verdi - FOTO/VİDEO

Sumqayıtda ata ögey qızına işgəncə verdi - FOTO/VİDEO



Azyaşlı uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Ögey ata bıçağı qızdırıb uşağın əlinin üzərinə basıb.

Bu sözləri Respublikaxəbər.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, bu barədə ona videogörüntülər sosial şəbəkələrdən göndərilib:

“Mənə deyilənə görə, hadisə dünən Sumqayıt səhəri İnşaatçılar qəsəbəsində baş verib. Uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Bu videonu sosial şəbəkələrdən mənə göndəriblər. Atalığın adının Əli olduğu deyilir. İlkin ehtimala görə, qızın 11 yaşı var. Uşaq da açıq aşkar atalığı tərəfindən bıçağın qızdırılaraq əlinin üstünü yandırmasını təsdiq edir.

Şiddət görən uşaq qaçıb qonşulara sığınıb. Aldığım məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə qonşular tərəfindən müraciət olunub. Hazırda onlara qarşı da uşağın anası və atalığı tərəfindən təzyiqlər var. Əlbəttə uşağın ailəsi hər vəchlə çalışacaq ki, bu məsələni ört-basdır etsin. Şəxsən mən bu məsələni nəzarətsiz qoymayacağam”.

K.Ağazadə məsələyə aidiyyəti qurumlar tərəfindən dərhal reaksiya veriləcəyinə inandığını qeyd edib:

“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi operativ şəkildə də bu məsələyə reaksiya verəcək, buna əminəm. Əmin olmadığım isə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və uşaq hüquqlarının müdafiəsi komissiyasının reaksiya verməsidir. DİN Sumqayıt Şəhər Polis İdarəsinin ərazi üzrə bölməsinin də ciddi araşdırma aparacağına böyük ümid bəsləyirəm”.









Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi