Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 Avq 17:18Olke
Bakıda ailəsindən küsən qız evdən qaçıb
Ailəsinin təzyiqlərindən qaçan daha bir qız sığınacağa üz tutub.
Bu barədə Respublikaxəbər.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
“Faktla bağlı bizə məlumat verildi, bir həftə bundan əvvəl qız sığınacağa yerləşdirildi. Ailədaxili konfliktlər ötən il qızın imtahanlardan az bal toplaması və ödənişli əsaslarla ali məktəbə daxil olması səbəbindən yaranıb. Atası pulunun olmadığını bildirib. Qız da ailəsindən küsüb və evdən qaçdığını deyib”, - deyə K.Ağazadə bildirib.
O, bildirib ki, valideyn-övlad münasibətlərinin korlanması uşaqlarda davranış pozuntusuna gətirib çıxarır:
“Bu isə bəzən ağır fəsadlara yol aça bilər. Biz qızın ailəsi ilə profilaktik söhbətlər apardıq. Məsələni onlara da psixoloji cəhətdən izah etdik. Söz verdilər ki, bu məsələdə daha diqqətli olacaqlar. Qız dünən ailəsi ilə evinə yola salındı”.
K.Ağazadə ötən gün 14 yaşlı qızın ərə verilməsi ilə bağlı məsələyə də münasibət bildirib:
“Mövzu ilə əlaqədar artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi araşdırma aparıb, məsələ qismən öz təsdiqini tapıb. Qız ailə qurmaq yox, təhsil almaq istədiyini deyib. Məsələ Komitə tərəfindən diqqətdə saxlanılacaq. Ümumiyyətlə, cəmiyyətdə bu problemlərin ictimailəşdirilməsi müsbət haldır”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi