Yeni XəbərLər
				
				
					
	“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
	31.12
	"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
	19.10
	Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
	20.09
	Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
	20.09
	FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
	14.09
	BAKIDA BU YOLLARDA SIXLIQ VAR
	12.09
				
			
					Arxiv
				
				
			
					Sorğu
				
				Оцените работу движка
		09 Sen 09:42Olke
	
	Emin Hacıyev: “Koronavirusla mübarizədə tətbiq olunan yumşalmalar bizi daha məsuliyyətli edəcək”
Respublikaxəbər.az xəbər verir ki, Millət vəkili Emin Hacıyev karantin rejimində tətbiq edilən yumşalmaları nəzərə alaraq insanları daha məsuliyyətli olmağa çağırıb.
“Artıq pandemiya dövrünün daha çox yumşalmalar mərhələsini yaşayırıq. İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpa olunması və s. qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir”.
Bu fikirləri millət vəkili Emin Hacıyev bildirib.
O qeyd edib ki, infeksiyanın yayılmasının qarşısının alınması bu gün hər bir insanın məsuliyyətindən daha çox asılı olacaq:
“Vəziyyətin nəzarətdə saxlanması sosial məsafənin qorunması, maskadan istifadə, təmaslardan qaçmaq, bir yerə toplaşarkən icazə verilən say həddini keçməmək kimi sadə qaydalarla müəyyən olunur.
Nəzərə alaq ki, pandemiya başlayan dövrdən bu günə qədər verilən qərarlar, atılan addımlar öz səmərəsini verib. Həm yeni müalicə müəssisələrinin qurulması, həm karantin rejiminin yavaş-yavaş yumşaldılması, ümumiyyətlə bu sahədə dövlətimizin gördüyü bütün ehtiyatlılıq tədbirləri öz müsbət nəticəsini verir. Məhz əks-epidemik tədbirlərin doğru aparılmasının nəticəsidir ki, xəstələrin sayı xeyli azalıb.
Yaşadığımız çətin dövrdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhaliyə olan diqqət və qayğısını hər kəs, xüsusilə sosial həssas qruplar daha dərindən hiss etdi.
Növbəti yumşalma qərarı o demək deyil ki, pandemiya bitir. Yəqin ki, monitorinqlər də daha sistemli və qaçılmaz olacaq. Artıq necə deyərlər məsuliyyətimiz sağlamlığımızdır. Nə qədər məsuliyyətli olacağıqsa, koronavirusla mübarizədə o qədər güclü olacağıq”.
Sənəm Əliyeva
Yorum ekle
		
						Xəbərlər
						
						
							“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
						
					
							Istifadəçi Girişi
						
						
					
							Populyar Xəbərlər
						
						

	
	
	