Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 Sen 10:04Olke
Deputat: “Dövlətin qətiyyətli addımları daha tez zamanda normal həyata qayıtmağa imkan verəcək”
“Azərbaycanın müasir səhiyyə infrastrukturu yaradılır, açılan yeni xəstəxanalar COVID-19 ilə aparılan mübarizədə çox önəmli rol oynayır”.
Bunu Respublikaxəbər.az-a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında koronavirus pandemiyası dövründə bu sahədə görülən işlərin əhəmiyyətini bir daha nəzərə çatdırıb: “Koronavirusla mübarizədə 600 yerlik “Yeni klinika”nın açılması, modul tipli 11 xəstəxananın inşa edilməsi, bu xəstəxanalarda 4100 çarpayı sayının olması mühüm rol oynayır. Müasir laboratoriyaların sayı 45-ə çatdırılıb, ölkəmizdə 900 mindən çox test keçirilib. Bu gün adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir, səhiyyə sistemində çalışan insanların daim dövlətin qayğısı ilə əhatə olunub: “Pandemiya ilə mübarizədə iştirak edən həkimlərin maaşlarına yüksək məbləğdə əlavələr edilir. Bundan əlavə, Azərbaycana Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkimlər dəvət edilib. Məhz bütün bunların nəticəsidir ki, COVID-lə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Paralel olaraq pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Dövlət sektorunda, özəl sektorda işləyənlər, işsizlər, qeyri-formal işləyənlər, aztəminatlı təbəqə dövlət tərəfindən maddi dəstəklə təmin edilib.
İnsanların rifahı, onların sosial vəziyyəti və sağlamlığı dövlət üçün əsas məsələdir. Dövlət başçısı da hər zaman insanların sosial durumunun yaxşılaşdırılması və sağlamlığının qorunmasının qarşıda duran əsas vəzifə olduğunu vurğulayıb”.
T. Kərimli vətəndaşların məsuliyyətli davranışının qısa müddət ərzində normal həyata qayıtmağın əsas şərtlərindən biri olduğunu söyləyib: “Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Ötən altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb və iyul ayının ortalarından müsbət dinamikanın əldə olunması təmin edilib. Təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatıb. Müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək.
Yumşalma addımları elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Bunun üçün həm də fəal açılışlara gedən ölkələrin təcrübəsi öyrənilir. O da məlum olur ki, həmin ölkələrdə açılışılardan sonra xəstələrin sayı kəskin artıb. Əldə olunmuş uğurların qorunması və qısa müddətdə normal həyata qayıtmağımız üçün isə həm də vətəndaşlarımızdan asılıdır. Vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, tibbi maskadan istifadə, sosial məsafənin qorunması və gigiyenik təmizliyin diqqət mərkəzində saxlanılmasını təmin edərlərsə, qısa müddət ərzində normal həyata qayıtmaq mümkündür”.
Millət vəkili Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biri olduğunu qeyd edib: “Təəssüf ki, hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları var. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Azərbaycanda hamı qanun qarşısında bərabərdir, qanun və qaydaları pozanlara heç bir güzəşt yoxdur, qanunları pozanlara qarşı cəza tədbirləri davam etdiriləcək. Azərbaycanda da digər ölkələrin nümunəsinə uyğun olaraq tam açılım təmin edilə bilərdi. Amma Azərbaycan dövləti vətəndaşları düşünür, onların sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirli və dəyərlidir. Məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatı qorundu. Xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi. Dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ