Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 İyn 15:20Olke
Deputat: “Azərbaycan pandemiya ilə mübarizədən ən az itkilərlə çıxacaq”
“Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışında ciddi mesajlar verdi”.
Bunu APA-ya istinadən Respublikaxəbər.az xəbər verir ki, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, bu çıxışda yeni növ koronavirus (COVİD-1) pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi məsələləri geniş əksini tapıb: “Azərbaycanın pandemiya ilə mübarizə dövründə beynəlxalq imici çox yüksəlib. Azərbaycanın əhalisinin sayı 10 milyon nəfərdir, ancaq kiçik ölkə olmasına baxmayaraq, orta dövlətlər sırasına keçib. Çünki çox birləşdirici funksiyalara malikdir. Prezident İlham Əliyev BMT Baş Assambleyasına da koronavirusla bağlı böyük videokonfrans keçirilməsini təklif edib. Artıq Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirilib. Ölkədə pandemiya ilə mübarizə sahəsində təşkilati işlərin həyata keçirilməsi, əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara 3,5 milyard manat vəsait ayrılması ilə paralel beynəlxalq miqyasda Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar Azərbaycanın nüfuzunu daha da artırıb. Azərbaycan COVİD-19-la mübarizə məqsədilə fərdi qaydada 14 ölkəyə, Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına üzv 15 ölkəyə, ümumilikdə 29 ölkəyə humanitar yardım göstərib. Bir sözlə, Azərbaycan özünü çox ləyaqətli aparıb. Dost çətin gündə bilinər və Azərbaycan da bu çətin günlərdə özünü bir dost kimi apardı. Azərbaycan müraciət edən bütün ölkələrə yardım əlini uzatdı. Bu da ölkəmizə rəğbəti artırdı”.
Millət vəkili bildirib ki, Azərbaycan pandemiya ilə mübarizədən çox az itkilərlə çıxır: “Çünki Azərbaycanda koronavirusla mübarizə sahəsində səhiyyə sistemində müvafiq infrastruktur yaradılıb. Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılıb, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Yeni yaradılmış modul tipli xəstəxanaların hesabına əlavə iki min çarpayı əldə olunacaq ki, bu da koronavirusla bağlı mübarizədə mövcud imkanları daha da genişləndirəcək. Azərbaycanda həyata keçirilən tədbirlərin əsas məqsədi həm də kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etmək məqsədi daşıyır. Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Hazırda Azərbaycanda mövcud səhiyyə imkanları vəziyyəti nəzarət altında saxlamağa imkan verir. Son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Güclü səhiyyə infrastrukturu Azərbaycanın uğurlarını şərtləndirəcək”.
T.Kərimli beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodlarının təqdirlə qarşılandığını vurğulayıb: “Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Bu, ilkin dövrdən başlayaraq ötən dövr ərzində Azərbaycanın koronavirusla mübarizə sahəsində fəaliyyətinin təqdir olunduğunu göstərir. Koronavirusla mübarizə sahəsində işləri təşkil edən qurumların - Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyəti yüksək qiymətləndirilir. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb. Azərbaycanda yeni laboratoriyalar alınıb, hazırda onların ümumi sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Eyni zamanda, Azərbaycan dövləti xarici ölkələrdəki vətəndaşlarına münasibətdə də xüsusi həssaslıq nümayiş etdirir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses qrafik üzrə davam etdirilir. Karantin şəraitində qalan vətəndaşlar üçün də xüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində yerləşdirilir. Azərbaycanda qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başlayıb. Azərbaycanda artıq dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunublar”.
Millət vəkili epizodik hallar istisna ilə, Azərbaycan xalqının çətin dövrdə birlik və həmrəylik nümayiş etdirdiyini söyləyib: “10 modul tipli xəstəxananın 4-ü özəl sektor öz vəsaiti hesabına inşa edilib. Bu o deməkdir ki, özəl sektor Prezident İlham Əliyevin çağırışına qoşulub. Özəl sektorun nümayəndələri adi vətəndaşlara koronavirus dövründə dəstək göstərirlər. Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılmış məbləğin 100 milyon manatı ötməsi göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Azərbaycan vətəndaşlarının göstərdiyi dəstək və həmrəylik təqdirəlayiqdir”.
T. Kərimli Azərbaycan Prezidentinin yüzlərlə təşəkkür məktubu almasına, Ermənistan rəhbərliyinin isə yüzlərlə lənətlə dolu çağırış eşitməsinə də diqqət çəkib: “Azərbaycan koronavirusla mübarizə sahəsində öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. İyunun 9-na olan statistikaya əsasən Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə ölkəmiz qabaqcıl yerlərdədir. Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı Azərbaycandan 5-6 dəfə azdır. Nəzərə alınsa ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Buna görə də Azərbaycan Prezidentinin yüzlərlə təşəkkür məktubu alması, Ermənistan rəhbərliyinin isə yüzlərlə lənətlə dolu çağırış eşitməsi təbiidir. Ümumiyyətlə, bəzi inkişaf etmiş ölkələrdə ölənlərin sayı Azərbaycanda yoluxanların sayından belə çoxdur. Azərbaycanda koronavirusa yoluxanlara yanaşma ən düzgün, ən humanist yanaşmadır və bu, bir nümunə kimi götürülməlidir”.
Millət vəkili Azərbaycan vətəndaşlarının atılan bütün addımları dəstəklədiyini vurğulayıb: “Son dövrlər insanlarımız tibbi maskadan daha çox istifadə etməyə, sosial məsafəni qorumağa çalışır. Bütün qapalı müəssisələrdə, ictimai nəqliyyatda, marketlərdə, ticarət mərkəzlərində tibbi maskadan istifadə edilməsi, sosial məsafənin gözlənilməsi, şəxsi gigiyenasına diqqət yetirməsi vacibdir. Bu tədbirlər insanları virusa yoluxmadan ən azı 95 faiz qoruyur. Onu da qeyd etmək istəyirəm ki, ötən şənbə və bazar günləri xalqımız karantin rejimi ilə bağlı məhdudiyyətlərə çox ciddi əməl etdi. Bu da çox təqdirəlayiq haldır. Qarşıda yenə belə məhdudiyyətlər olacaq. Hesab edirəm ki, Azərbaycan xalqı yenə də bu məsələlərə çox ciddi yanaşacaq. Ancaq az da olsa, bəzən məsuliyyətsizlik hallarına da rast gəlinir. Biz qaydalara nə qədər çox ciddi riayət etsək, bu xəstəlik də tezliklə aradan qalxar və normal həyatımıza qayıda bilərik. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlərə gedərək insanların sağlamlığını iqtisadi amildən üstün tutdu. Bu məqsədlə 3,5 milyard manat vəsait ayrılıb və bu istiqamətdə vəsaitlərin ayrılması davam edir. Ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq bu, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə çox kiçik həcmdir. Qeyri-neft sektorunda sənaye 14 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb, inflyasiya 3 faizdən aşağı, proqnozlaşdırılmış səviyyədədir. Pandemiya dövründə Azərbaycanda iqtisadi fəaliyyət uğurlu olub. Bu günə qədər və bundan sonra da əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın uğurları davamlı olacaq. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan pandemiya ilə mübarizədən ən az itkilərlə çıxacaq, insanlarımızın sağlamlığı yüksək səviyyədə qorunacaq”.
Əliyeva Sənəm

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi