Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
S.Möhbalıyev: “Qoşulmama Hərəkatının Zirvə görüşü Azərbaycanın qlobal pandemiya ilə mübarizədə dünyaya daha bir töhfəsi oldu”
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə dünən keçirilmiş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün ümumbəşəri əhəmiyyətindən bəhs etmişdir
Dünən Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bu görüşün sadəcə təşkil olunması artıq özü-özlüyündə bir tərəfdən qlobal pandemiya elan edilmiş koronavirus infeksiyası ilə mübarizə işinə, digər tərəfdən isə Qoşulmama Hərəkatının dünyada nüfuzunun daha da yüksəlməsinə xidmət etmiş oldu. Beləliklə də Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövrdə qurumun nüfuzunu daim qaldıracağına dair üzərinə götürdüyü öhdəliyi hətta belə bir mürəkkəb şəraitdə belə yerinə yetirməyə qadir olduğunu bir daha isbatladı.
Lakin əlbəttə ki, dövlət başçımızın təşəbbüsü ilə keçirilmiş bu tədbirin əsas qayəsi qlobal pandemiya ilə mübarizə məqsədilə beynəlxalq həmrəyliyi daha da möhkəmləndirmək, dünya dövlətlərini bütün siyasi-iqtisadi maraqları bir kənara qoyaraq birliyə dəvət etmək idi. Əminliklə deyə bilərəm ki, Azərbaycan bu xüsusda üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirməklə bütün digər ölkələrə örnək ola bilər. O cümlədən, dünən baş tutmuş Zirvə görüşünün gedişində də möhtərəm dövlət başçımız Azərbaycan adına verdiyi çox önəmli qərarlarla qlobal həmrəylik və birliyin necə əldə olunmasına dair bütün konfrans iştirakçılarına, eləcə də bu tədbiri izləyənlərə bir təcrübə keçmiş oldu.
İlk növbədə möhtərəm Prezidentimizin konfrans iştirakçılarına qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-la mübarizə etmək prinsiplərini təklif etməsi böyük əhəmiyyət kəsb edən bir çağırış oldu. Bu arada belə bir məqamı xüsusilə diqqətə almaq lazımdır ki, dünyada qlobal həmrəyliyin formalaşmasında Qoşulmama Hərəkatının rolu Birləşmiş Millətlər Təşkilatı tərəfindən çox yüksək qiymətləndirilir. Bunun təsdiqini BMT-nin Baş katibi cənab Antonio Quterreşin videomüraciətində səslənən fikirlərdə də görmək olar. Belə ki, Zirvə görüşünün iştirakçılarına ünvanlanan həmin videomüraciətdə deyilir:
“Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır...”
Digər tərəfdən də BMT Baş katibinin çıxışında əslində bu gün Azərbaycanda tətbiq olunan dövlət idarəçiliyi modelinin və beynəlxalq münasibətlərin formalaşdırılması təcrübəsinin təbliği elementləri də aşkar hiss olunurdu:
“COVID-19 bütün dünyada milyardlarla insana ciddi iztirablar verərək və qlobal iqtisadiyyatı pozaraq, onların həyatlarında təşviş yaradıb. O, cəmiyyətlərimiz və iqtisadiyyatlarımızın sarsıntı qarşısında kövrəkliyini açıq nümayiş etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxardı. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir. Etiraf etməliyik ki, inkişaf edən ölkələrə münasibətdə kifayət qədər həmrəylik göstərilməyib...”
Həqiqətən də bu gün möhtərəm dövlət başçımız cənab İlham Əliyevin yürütdüyü xarici və daxili siyasəti cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik kimi səciyyələndirmək olar. Eyni zamanda da Azərbaycan dünənki Zirvə görüşündə bəyan etdiyi digər qərarlarla inkişaf edən ölkələrə münasibətdə kifayət qədər həmrəylik göstərilməməsi tendensiyasına da son qoymağa doğru əhəmiyyətli bir addım atmış oldu. Belə ki, dövlət başçımız pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdığını bəyan etdi. Eyni zamanda da Azərbaycan həmin vəsaitin xərclənməsinə nəzarət hüququnu özündə saxladı. Bu xüsusda Prezident cənab İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, bu vəsait məhz bizimlə razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Bu isə Azərbaycandan dünyaya həm bir həmrəylik və həm də bir dürüstlük, şəffaflıq nümunəsi oldu.
Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ