Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Sen 17:54Olke
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Respublikaxəbər.az xəbər verir ki, Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, o cümlədən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İstintaqla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səlim Seyidovun icarəyə götürdüyü paytaxtın Nizami rayonu ərazisində yerləşən “Siqaretlər” adlı marketdə əhaliyə ərzaq məhsullarının pərakəndə satışını həyata keçirərkən müvafiq qaydada dövlət qeydiyyatına alınmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vüsal Müseyibzadə və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərlə cinayət əlaqəsinə girib əlbir olmaqla əhaliyə göstərilən xidmət sahəsi üzrə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək daha çox qazanc əldə etmək məqsədilə daha az maya dəyərinə malik, istehlak üçün yararsız, eyni markalı əsil içkilərlə müqayisədə bazar dəyərindən dəfələrlə ucuz və pis keyfiyyətli saxta spirtli içkiləri alıb orijinal məhsul kimi baha qiymətə satışını təşkil etməklə istehlakçı fiziki şəxslərin, o cümlədən Mustafa Mustafayev və Yusif Hüseynovun təhlükəsiz yaşamaq hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin ölkədə əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması sahəsində qanunlarla və normativ hüquqi aktlarla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Səlim Seyidov Cinayət Məcəlləsinin 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Vüsal Müseyibzadə Cinayət Məcəlləsinin 200.4 və 32.5, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Səlim Seyidovun və Vüsal Müseyibzadənin təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılıb. Avqustun 31-də cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib