Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 Sen 17:30Olke
Penitensiar müəssisələrə başçəkmələr davam etdirilir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 17 saylı cəzaçəkmə müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Ombudsman Aparatından Respublikaxəbər.az-a bildirilib ki, başçəkmələr BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunub. Başçəkmələr zamanı bu müəssisələrdə cəza çəkən məhkumların saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.
6 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə çərçivəsində bir çox məhkum, o cümlədən internet saytlarında qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Emin Saqiyev konfidensial qaydada qəbul olunub. O, barəsində olan məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını bildirib.
17 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə çərçivəsində cəza çəkdiyi müəssisənin dəyişdirilməsi tələbini əsas göstərərək qida qəbulundan imtina etdiyini qeyd edən Vahid Əliyev də qəbul olunub. Ona hüquqları izah olunmaqla müraciətləri qəbul edilib.
MPQ-nin üzvləri tərəfindən adıçəkilən məhkumlara qida qəbulunu bərpa etmələri ilə bağlı, habelə müəssisə rəhbərliyinə və tibbi-sanitar hissəyə məhkumların səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib.
Qəbullar zamanı məhkumlara Ombudsmanın səlahiyyətləri barədə məlumat və qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, ərizələri qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.
Başçəkmənin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət olunacaq.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər