Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Avq 11:53Olke
Ombudsman Avropa Şurası rəsmiləri ilə onlayn görüş keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə Avropa Şurası Ayrı-seçkilik əleyhinə departamentinin nümayəndələri Mara Georgesku və Angela Longo ilə onlayn görüş keçirib.
Ombudsman aparatından Respublikaxəbər.az-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycan Ombudsman təsisatının da iştirak etdiyi “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı layihənin milli səviyyədə implementasiyasının qiymətləndirilməsi olub.
Görüşdə Müvəkkil sözügedən layihə çərçivəsində bu zamana qədər görülən işlər barəsində məlumat verib, keçirilən treninq və seminarların Ombudsman Aparatının əməkdaşlarının ayrı-seçkiliklə mübarizə sahəsində bilik və təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əsasən Müvəkkil milli qanunvericilikdə və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunan insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən, ayrı-seçkiliklə mübarizə ilə bağlı fəaliyyəti həyata keçirir.
Avropa Şurasının nümayəndələri Müvəkkilin vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirdiyi görüşlərin önəmindən bəhs ediblər. Qeyd olunub ki, belə görüşlər Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Həmçinin bu ilin payızında Ombudsman təsisatı ilə birgə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı ilə dəyirmi masa formatında tədbirin keçirilməsi təklif olunub. Həmin tədbirdə beynəlxalq ekspertlərin də iştirakı nəzərdə tutulur.
Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi