Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Avq 09:46Olke
Hikmət Əlizadə: “Sumqayıtda məişət tullantılarının yandırılması problemi tam həll olunmayıb”
Sumqayıt şəhərində gündə 2 min kub metr, şəhər ətrafı ərazilərdə isə min kub metr məişət tullantısı formalaşır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, toplanan məişət tullantıları Sumqayıt şəhər poliqonuna daşınır:
“Razıyıq ki, məişət tullantılarının yandırılması məsələsi aktualdır və bu sizin qədər bizi də narahat edir. Bu məsələ qismən öz həllini tapsa da, tamamilə həll olunmayıb. Sumqayıt şəhər poliqonunun ərazisi və idarəolunması ətraf mühitə cavabdeh bir qurum kimi bizi də qane etmir. Bunun sübutu olaraq, cari ilin 7 ayı ərzində həmin poliqon və idarəedilmə prosesində yol verilən məsələlər barədə inzibati sənədləşmə həyata keçirilib, 15 min manat cərimə tətbiq edilib. Bu hələ məsələnin həlli deyil. Sumqayıt sənaye şəhəridir və yaxın zamanlarda Sumqayıtda müasir poliqonun yaradılması üçün işlər aparılır”.
H. Əlizadə ölkə başçısının plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılması ilə bağlı sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşları ilə birgə pilot layihəyə start veriləcəyini də qeyd edib.
“Artıq bu istiqamətdə hazırlıq işləri başa çatıb. Bu layihə çərçivəsində 6 ay müddətində Sumqayıtın bir neçə mikrorayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı işlər aparılacaq. Bu çeşidlənmə nəticəsində plastik və digər mənşəli məişət tullantıları təkrar emal sexlərinə gedəcək. Fikrimcə, bu həm Sumqayıt ərazisində gələcəkdə məişət tullantılarının çeşidlənməsi, qablaşdırılması üçün böyük təkan olacaq, həm də poliqonun idarə edilməsinə müsbət təsir edəcək. Belə ki, tullantıların həcminin müəyyən qədər azalacağını düşünürük”, - deyə ETSN rəsmisi bildirib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ