Sorğu
Оцените работу движка

04 Avq 14:30Olke

İcra hakimiyyətindən Bakıda zibillərin küçəyə atılması ilə bağlı AÇIQLAMA

İcra hakimiyyətindən Bakıda zibillərin küçəyə atılması ilə bağlı AÇIQLAMA


Binəqədi Rayon İcra Hakimiyyəti G.Ramazanov küçəsi, döngə 2 ünvanında məişət tullantıları üçün nəzərdə tutulmuş yerdə zibil yeşiklərinin olmaması nəticəsində yaranmış antisanitariya vəziyyəti ilə bağlı məlumata münasibət bildirib.

Respublikaxəbər.az-ın sorğusuna cavab olaraq icra hakimiyyətindən bildirilib ki, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 2 ünvanında tullantı konteynerlərinin olmaması ilə bağlı işıqlandırılmış xəbər Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb:

“Məlumat üçün qeyd edək ki, rayon ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş meydançaların təmizlənməsi mütəmadi olaraq həyata keçirilir. Bundan əlavə, məsul şəxslər tərəfindən monitorinqlər aparılır və ərazidə aşkar edilən tullantılardan ibarət poliqonlar davamlı olaraq təmizlənir.

Həmin ərazinin tullantılar üçün nəzərdə tutulmamasına və yaxınlıqda konteynerlərin mövcud olmasına baxmayaraq, sakinlər tərəfindən əraziyə mütəmadi olaraq tullantıların atılması davam edir”.

“Qeyd etmək istərdik ki, hazırda həmin ərazi tullantılardan təmizlənib. Sakinlərimizə tullantıları ətraf ərazilərə atmamağı və yaxınlıqda olan məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərdən istifadə etməyi tövsiyə edirik”, - deyə qurumdan qeyd olunub.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi