Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Avq 17:36Olke
Ülvi Quliyev: “Şəhidlərin “qırxının” gözlənilməməsi ictimai qınağın sərtliyinə səbəb oldu”
Milli Məclisin deputatı Ülvi Quliyev RESPUBLİKAXƏBƏR.AZ-a verdiyi qısa açıqlamada bəzi KİV-lərdə məqsədli şəkildə qabardılan zərərli mövzudan və məlum toy qalmaqalından danışıb.
- Ülvi müəllim, son vaxtlar mediada, internet məkanında bölgə mənsubiyyəti ilə bağlı mövzular sanki məqsədli şəkildə qabardılır. Sizin bununla bağlı mövqeyiniz necədir?
- Bu, çox ziyanlı mövzudur. Cəmiyyətimizi parçalamaq, dövlətimizin sütunlarını sarsıtmaq, qarşıdurma yaratmaq niyyəti ilə məqsədli şəkildə qabardılan, zaman-zaman qəsdən ortalığa atılan mövzudur.
Son dərəcə təhlükəli olan və yalnız ictimai-siyasi mühiti süni şəkildə gərginləşdirmək məqsədi güdən bu cür mövzu və sualları qüsurlu və ayıb bilirəm. Onlara xüsusi diqqət ayrılmasını cəmiyyətimiz, insan beyni və sağlam düşüncə ücün zərərli hesab edirəm.
Birdəfəlik anlamaq lazımdır ki, inzibati ərazi bölgüsü dövlətlərin, cəmiyyətlərin idarə olunmasını asanlaşdırmaq, çevik idarəetməni təmin etmək üçün düşünülüb. İnzibati ərazi vahidinin, bölgənin milli mənsubiyyətimizə heç bir aidiyyəti yoxdur. Hamımızın mənsub olduğumuz və hamımıza mənsub olan bir Azərbaycan var!
Mənim üçün əhəmiyyət kəsb edən və maraqlı olan ünsiyyət qurduğum şəxslərin mənəvi saflığı, dürüstlüyü, etibarlılığı, səmimiyyəti, məsuliyyət hissi, qısası, insani keyfiyyətləridir, onun Azərbaycanın hansı ərazi vahidliyində anadan olması yox.
Çalışdığım sahədə isə bütün bu cəhətlərlə yanaşı, diqqət yetirdiyim məsələ insanın peşəkarlıq səviyyəsidir. İnanın ki, internet məkanında, sosial mediada məqsədli şəkildə qabardılan bu nadan mövzudan cəmiyyətimiz çox-çox yüksəkdə dayanır, bədniyyətlilərin düşündüyündən qat-qat saf və ayıqdır. Özlərini boş yerə yormasınlar.
- Artıq ictimailəşmiş məlum toy-büsat mərasimində iştirak etmiş vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılmasının səbəbi nədir?
- Tovuz rayonunda verdiyimiz şəhidlərin “qırx” mərasiminin gözlənilməməsi, adət-ənənələrimizə, milli dəyərlərimizə göstərilən sayğısızlıq ictimai qınağın sərtliyinə səbəb oldu. Hüquq normalarının tətbiqindəki sərtlik həm də vəzifəli şəxslərin, imtiyaz sahiblərinin qayda-qanunla yanaşı, dəyərlərimizə göstərdikləri sayğısızlıqla bağlıdır.
Siyasi hakimiyyət cəmiyyətimizə göstərdi ki, onun qayda-qanuna münasibətdə ayrı-seçkiliyə yol verməyəcəyi ilə bağlı mövqe və bəyanatları birmənalıdır, şübhəyə yer qoymur. Dövlət və Qanun, onu icra edən Hakimiyyət vətəndaşları arasında, kimliyindən asılı olmayaraq, ayrı-seçkilik etmir.
Hər kəs müvafiq nəticə çıxarmalıdır, Qanunun və Hakimiyyətin sərt üzü ilə üzləşəcəyinə əmin olmalıdır. Yaşadığımız reallıq budur ki, vətəndaş görmək istədiyini əyani şəkildə görə bilir.
Dövlətə və Hakimiyyətə olan Vətəndaş inamına kölgə salmaq cəhdi isə iflasa, ictimai qınağa və sərt qanuni təqibə məhkumdur.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib