Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Avq 09:40Olke
Əli Əhmədov: “Heç kimə ayrıca səlahiyyətlər, üstünlüklər, imtiyazlar verilməyib, verilə bilməz!”
“Bəşəriyyətin böyük bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə bütün dövlətlərin, o cümlədən Azərbaycan dövlətinin gündəliyində başlıca məsələdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, ölümcül virusun yayılmasının qarşısının alınması istiqamətində sistemli və səmərəli işlər görülməkdədir. Dövlətimizin böyük imkanları bu istiqamətdə səfərbər edilib, xəstəliyə yoluxma hallarının ciddi şəkildə azalmasına nail olunub. İndi əsas məqsəd əldə olunan müsbət nəticəni qoruyub saxlamaq, koronavirusun yenidən geniş yayılmasının qarşısını almaqdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında tətbiq edilən sərt karantin rejimi və məhdudlaşdırıcı tədbirlər əhalinin sağlamlığının qorunması kimi vacib dövlət vəzifəsinin yerinə yetirilməsini nəzərdə tutur”.
Bu fikirləri Respublikaxəbər.az-a açıqlamasında Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov söyləyib.
Baş Nazirin müavini bildirib: “Əhalinin sağlamlığının qorunması naminə dövlətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərə, karantin rejiminə əməl edilməsi vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın borcu olmalıdır. Əhalinin sağlamlığına təhlükə yaradan hərəkətlərin qarşısı qətiyyətlə alınmalı, belə hərəkətlərə yol verənlərin əməlləri isə kəskin şəkildə pislənməlidir. Karantin rejiminə, məhdudlaşdırıcı tədbirlərin tətbiqinə məhəl qoymadan kütləvi mərasimlərin təşkili hökumətin qəbul etdiyi zəruri qərarlara hörmətsizlik kimi qiymətləndirilməlidir.
Çox təəssüf edirəm ki, haqqında danışdığımız qadağalara baxmayaraq, bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Yeni ailə quran gənclərə xoşbəxtlik arzulamaq bizim ən ülvi milli adət-ənənələrimizdəndir. Lakin toy mərasiminin COVID-19 pandemiyası dövründə mövcud qadağalara məhəl qoyulmadan keçirilməsi və sosial şəbəkələrdə geniş müzakirələrə, əhalinin haqlı narazılığına səbəb olması bizi məyus etməyə bilməz.
Yeni Azərbaycan Partiyası ölkənin iqtidar partiyasıdır. Partiyamız bütövlükdə və onun hər bir üzvü ayrılıqda qanunlara nəinki riayət etməli, hətta bu işdə hər kəsə nümunə olmalıdır. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunların aliliyi təmin olunub. Heç kimə ayrıca səlahiyyətlər, üstünlüklər və ya imtiyazlar verilməyib və verilə bilməz.
Mənim dediyim bu sözlər, ilk növbədə, Yeni Azərbaycan Partiyasının üzvlərinə aiddir. Belə olan halda partiya üzvlərindən kiminsə xüsusi imtiyazlara sahib olduğunu düşünməsi anlaşılmaz və yolverilməzdir. Hesab edirəm ki, karantin qaydalarının kobud şəkildə pozulmasına görə toy sahiblərinin qanunla cəzalandırılması hamıya ibrət olmalıdır.
Sözügedən toy mərasimində iştirak edən partiya üzvlərinin partiya məsuliyyətini dərk edirik və zəruri tədbirlərin görülməsi, inanıram ki, təmin olunacaqdır. Mən bütün partiya üzvlərini COVID-19 pandemiyası dövründə tətbiq edilən karantin rejiminin tələblərinə riayət etməyə dəvət edirəm. Düşünürəm ki, gələcəkdə bu cür hallara bir daha yol verilməyəcək”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi