Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
Kamaləddin Qafarov: Yaman günün ömrü az olar
Dövlətimizin başlıca məqsədi indiki pandemiya dövründə insanlara sosial dəstək tədbirlərinin reallaşdırılması ilə yanaşı, makroiqtisadi sabitliyi təmin etmək, maliyyə resurlarından səmərəli istifadə yolu ilə iqtisadi inkişaf tendensiyasını qoruyub saxlamaqdır.
Bunu aia.az-a açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirmişdir.
Millət vəkili qeyd edib ki, hazırda Azərbaycanda koronavirus pandemiyası dövründə preventiv tədbirlərdən maksimum yararlanmaq, bu çətin mübarizədən minimum ziyanla çıxmaq proqramı ilə yanaşı, əhalinin maddi rifah halının stabil şəkildə yüksək saxlanılması, yaranmış problemlərin təsirinin minimallaşdırılması üçün gərgin iş gedir. Sosial baxımdan həssas əhali qruplarına dəstək layihələri məntiqi ardıcıllıqla reallaşdırılır:
"Hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək, pandemiya dövründə zərərçəkən işsizlərə birdəfəlik ödənişlərin verilməsi də aztəminatlı ailələri qorumağa yönəlmiş müdafiə vasitəsidir. Məlum olduğu kimi, birdəfəlik ödəmənin işsiz və heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur. Ölkə üzrə 600 mindən çox insan bu ünvanlı yardımdan yararlana biləcəkdir.
Dövlət başçısının gördüyü işlər onun bir daha hər bir vətəndaşın Prezidenti olduğunu təsdiq edir. Ən çətin anlarda dövlət başçısı öz vətəndaşının yanındadır. Azərbaycan dövləti üçün insan amili hər zaman vacib olub, bu gün də elədir. Müxtəlif resurslardan əldə edilən gəlirlər, ilk növbədə, əhalinin sosial xərclərinə yönəldilir. Cənab İlham Əliyev tərəfindən koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin aradan qaldırılması və əhalinin sağlamlığının qorunması istiqamətində lazımi addımlar atılır. Dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Dövlət tərəfindən tətbiq olunan qaydalar əhalinin təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə yönəldilib. Hər bir vətəndaş qaydalara maksimum əməl etməyə çalışmalıdır".
Kamaləddin Qafarov təəssüflə qeyd edib ki, son dövrdə bəzi məsuliyyətsiz şəxslər və qruplar pandemiyanı, karantin tədbirlərini şübhə altına almağa cəhd göstərirlər:
"Onlar xəstəliyin ciddiliyini, mahiyyətini başa düşmür, məsuliyyətsiz mülahizələri ilə cəmiyyəti çaşdırır, şayiələr yayırlar. Məlum olduğu kimi, yoluxucu xəstəliklərin pandemiyası zamanı birinci, ikinci və hətta üçüncü dalğasının olması mümkündür. Preventiv tədbirlər, atılan konstruktiv addımlar və mərkəzləşdirilmiş idarə sistemə, həmçinin cəmiyyətin bu proseslərə anlaşıqlı reaksiyası ölkəmizi ağır fəsadlardan müəyyən qədər qoruya bildi".
Millət vəkili karantin qaydaları yumşaldıldıqdan sonra insanlarda bir qədər arxayınlıq yarandığını xüsusi vurğulayıb və bildirib ki, elə hallar çox təhlükəlidir. Buna qətiyyən yol vermək olmaz. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, vəziyyəti düzgün qiymətləndirmək və ona adekvat hərəkət etmək lazımdır:
"Dəfələrlə yüksək səviyyələrdə xüsusi olaraq qeyd olunub ki, heç bir dövlət və ölkə karantin rejiminin müddətini uzatmaqda və ya onu sərtləşdirməkdə maraqlı deyil. İqtisadiyyatın inkişafı və dayanıqlılığı üçün iş yerlərinin yenidən açılması, ticarət dövriyyəsinin artması çox mühümdür. Təsəvvür edin ki, ölkəmiz üzrə pandemiya dövrünün hər günü 110-150 milyon manat zərər deməkdir. Dövlət bu itkini qarşılayır, amma vətəndaşlarımız da öz davranışları və hərəkətləri ilə ölkəmizə dəstək olmalı, yeni koronavirus mənbələrinin və yoluxma ocaqlarının yaranmasına rəvac verməməlidirlər.
Ölkəmizin lideri İlham Əliyev son dövrlər, demək olar, bütün çıxışlarında insanları bu imtahan dövründə son dərəcə diqqətli olmağa, düşünülməmiş hərəkətlərə yol verməməyə, fərdi və kollektiv məsuliyyətə çağırır.Yaman günün ömrü az olar, deyiblər. Bu günlər hamımız üçün bir sınaq, bir məsuliyyət dövrüdür.Arzu edirəm ki, karantin qaydalarına çox ciddi əməl olunsun, amansız epidemiya ailələrə, kollektivlərə, bütövlükdə cəmiyyətimizə bir daha yol tapa bilməsin, tezliklə xalqımızla birlikdə, minimum itki ilə əvvəlki günlərimizə qayıdaq!"
aia.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ