Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Avq 09:34Olke
BDU-nun rektoru da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib? - AÇIQLAMA
Bakı Dövlət Universiteti (BDU) rektor Elçin Babayevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BDU-dan verilən məlumatda deyilir:
“Ölkənin bəzi informasiya vasitələrində məlum toy məclisində guya Universitetin rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. Bildiririk ki, bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir.
Əlavə olaraq bildirirk ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə Bakı Dövlət Universitetində ciddi riayət olunur. Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hal-hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməmişdir. Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq”.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.
Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ