Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Avq 09:31Olke
Bahar Muradovadan Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi iddiaları ilə bağlı AÇIQLAMA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Respublikaxəbər.az xəbər verir ki, B.Muradova öz “Facebook” hesabında belə yazıb:
“Mən bir qayda olaraq ictimai rəyi və onu nəzərə almağı vacib hesab etmişəm. Hər zaman insanların istənilən məsələ ilə əlaqədar öz fikirlərini İfadə etməyə olan haqqına hörmətlə yanaşmışam. Hətta şəxsimə yönəlik kəskin tənqidi mövqe və ya qərəzli fikirlərə etik çərçivələrə sığmadığı hallarda belə dərhal reaksiya verməyin tərəfdarı olmamışam.
Bir növ dözümlü olmağın səbrsiz və düşünülməmiş hərəkətlərdən üstün olduğu qənaətində olmuşam. Son sözünü əvvəldə deyənlərin hec də yaxşı olmayan aqibətləri də mənim bu qənaətimi möhkəmləndirməkdədir.
Bir də ki, tədbirli adamların hec vaxt yalanları isbatlamağa çalışmamasının doğru yol olduğuna inanıram. Çünki söylənilənlərin həqiqət olmadığını hər kəsdən daha yaxşı o bilir. Yalançılar isə bir qayda olaraq dəlil sübutsuz olduqlarından bir yalanı min dəfə söyləməklə məqsədinə catacağını düşünür.
Bir də ki səsi özünə xoş gələn zəvzəklərin xorda, özü də xaric oxuduqlarını anlatmaq cox cətin məsələdir və faydasız bir işdir. Nəhayət sözüm mənə qulaq asanlara deyil, dinləyib eşidənlərədir. Dəyərli soydaşlar, sizi bildiklərinizə bir daha əmin etmək istəyirəm ki, pandemiya başlayandan bu günədək heç bir kütləvi tədbirdə, o cümlədən toy, nişan və yas mərasimində iştirak etməmişəm. Baxmayaraq ki, son iki ayda doğmalarımdan iki əziz insanı itirmişəm. Bu barədə nə məlumatın yayılmasına, nə də ki, yas mərasımlərinin keçirilməsinə imkan vermişəm.
Koronavirus səbəbindən coxsaylı itkilərimz, eləcə də İyul Şəhidlərimizə rəğmən şadyanalıq etməyə, üstəlik də insanların həyatını təhlükəyə atmağa heç bir lüzum görmürəm. Bunu məsuliyyətsizlik, öz istəklərini hər şeydən üstün tutmaq kimi dəyərləndirir, möhtərəm Prezidentimizin bu məsələlərə dair mövqeyinə zərbə kimi qəbul edir və belə tədbirlərə aidiyyəti olmayan adamları dəvət edib gündəmi dəyişənləri şiddətlə qınayıram.
Yalan-palan həvəskarlarını isə nəhayət bu yoldan dönməyə, cəmiyyətimizi, ayrı-ayrı insanları hədəf seçərək hec bir çərçivə gözləmədən əndazəni aşan hərəkətlərdən çəkinməyə çağırıram.
Son iki gün ərzində mənim ünvanıma öz düşüncələrinə və mahiyyətlərinə uyğun fikirlər səsləndirən, status, şərh və açıqlamalarla çıxış edən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.
Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ