Sorğu
Оцените работу движка

22 Avq 23:04Olke

Həmkarımız "Bizimlider"qəzetinin əməkdaşı Şəhla xanımın sevincinə qoşuluruq.

Həmkarımız "Bizimlider"qəzetinin  əməkdaşı Şəhla xanımın sevincinə qoşuluruq.
Respublikaxəbər.az saytının rəhbəri Elyaz Gülüyev başda olmaqla, bütün redaksiya heyəti həmkarımız "BİZİMLİDER" qəzetinin əməkdaşı Şəhla xanımı təbrik edir.
Təbrikdə deyilir.
Əziz və hörmətli həmkarımız Şəhla xanım,
Bildiyimiz kimi bu gün Sizin gözünüzün ağı-qarası, evinizin yaraşığı, nur işığı olan övladınız Məhəmməd bəyin doğum günüdür. İlk öncə Sizi biz bütün Media əməkdaşları adından təbrik edirik. İlk öncə Sizi təbrik etməyimizin məqsədi ondan ibarətdir ki, bu gün balanız Məhəmmədin doğum günü olsa da, Sizin sevinciniz Məhəmmədin sevincindən qat-qat üstündür. Çünki, Siz onu təkbaşına, igidcəsinə, namus və qeyrətinizlə böyütmüsünüz! Eşq olsun Sizin kimi analara! Daha sonra Məhəmməd qardaşımızı 18 yaşı tamam olması münasibəti ilə biz təbrik edirik.
Əziz izləyicilərimizdən izin istəyərək Məhəmməd qardaşımız haqqında da çox kiçik bir məlumat vermək istəyirik. Qəmbərov Məhəmməd Fərid oğlu 2002-ci ilin avqust ayının 23-də Bakı şəhərində anadan olub, musiqi təhsillidir, tərbiyyəlidir, əxlaqlıdır, dost-tanışlarına, ətrafına və ictimaiyyətə nümunəvi bir övladdır. Biz bunu tərif etmirik, biz yalnız gördüklərimizi qeyd edirik. Hazırda BDU-nin Sosiologiya və Psixologiya fakultəsinin ikinci kurs tələbəsidir. Əlaçıdır. Birinci kursu yüksək qiymətlərlə bitirmişdir.
Sonda bir məsələni də qeyd edək ki, Məhəmməd qardaşımızın atası bir neçə il bundan öncə vəfat etmişdir (Allah rəhmət etsin) amma anası, həmkarımız Şəhla xanım o qədər namuslu, qeyrətli qadındır ki, Məhəmmədi min bir əzab əziyyətlə böyüdüb, boya-başa çatdırmışdır. Yəni Şəhla xanım Məhəmmədə həm ana, həm də ata olmuşdur. Təkrar bir daha biz bütün Media adından, xüsusən Respublikaxəbər.az saytının kollektivi adından həm doğum günü olan Məhəmməd qardaşımızı və sevinc baxımından sevinci oğlundan daha çox olan Şəhla ananı təbrik edirik. Məhəmməd qardaşımıza uzun və xeyirli ömür, can sağlığı, ailə səadəti, xoşbəxt həyat, elminə bərəkət arzulayırıq.
Səsin hər zaman yüksəklərdən gəlsin.

Həmkarımız "Bizimlider"qəzetinin  əməkdaşı Şəhla xanımın sevincinə qoşuluruq.


Respublikaxəbər.az saytının kollektivi
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi