Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Avq 17:09Olke
Prezidentin köməkçisi: Tiflisin Ermənistana göndərilən silahların ölkə ərazisindən keçirilməsinə imkan verməməsini yüksək dəyərləndiririk
Respublikaxəbər.az Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibəni təqdim edir.
- Ermənistan Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verərək, Türkiyəyə qarşı ittihamlarla çıxış edib. Bu barədə şərhinizi öyrənmək istərdik.
- Ermənistanın bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid törədən təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə bu kimi cəfəng açıqlamalarla çıxış etməsi, bir daha rəsmi Yerevanın əsl niyyətinin öz işğalçı siyasətini gizlətmək və digər ölkələrə qarşı yalan və saxta ittihamlar irəli sürmək olduğunu nümayiş etdirir.
Türkiyəyə qarşı ərazi iddialarını dövlət gerbində əks etdirən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistanın bu açıqlaması həm gülüncdür, həm də riyakarlığın son həddi və özünə aid olmayan məsələlərə müdaxilə cəhdidir. Hesab edirəm ki, hər kəs öz yerini bilməli və əndazəsini aşmamalıdır. Diplomatiya ciddi bir sahədir və burada boğazdan yuxarı, məsuliyyətsiz bəyanatlara yer yoxdur. Belə açıqlama ilə Ermənistan ilk növbədə özünü hörmətdən salır. Əminəm ki, Ermənistanın Şərqi Aralıq dənizində baş verən hadisələrin mahiyyətindən qətiyyən xəbəri yoxdur və onun bəyanatının yeganə səbəbi mövzunun Türkiyəyə aid olmasıdır.
Ermənistanın hər yerdə gözünə Azərbaycan və Türkiyə görünür. Ermənistan rəsmilərinin bu günlərdə Sevr müqaviləsi ilə bağlı verdikləri bəyanatlar bir daha göstərir ki, bu ölkə keçmişin girovu olmaqdan qurtulmaq, əsassız nifrəti kənara qoymaq və qonşuları ilə sülh şəraitində yaşamağı öyrənmək iqtidarında deyildir.
- Türkiyənin Şərqi Aralıq Dənizində fəaliyyəti ilə bağlı nə deyərdiniz?
- Öncə vurğulamaq istərdim ki, Ermənistanın Tovuzda törətdiyi təxribatlar zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi misilsiz dəstəyi, ölkəmizdə keçirilmiş birgə hərbi təlimləri, Türkiyənin Müdafiə naziri başda olmaqla ordu rəhbərliyinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. Prezident İlham Əliyevin Türkiyənin Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən vurğuladığı kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur.
Biz daim bir-birimizin yanındayıq. Həm sevincli, həm də kədərli günlərimizdə.
Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir. Hesab edirəm ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur.
- Azərbaycan-Gürcüstan münasibətləri barədə fikirlərinizi bilmək istərdik.
- Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Əlaqələrimiz mehriban qonşuluğun ən uğurlu modellərindən biridir və digər ölkələr üçün nümunə ola bilər. Hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.
Azərbaycan və Gürcüstan bölgədə və ondan kənarda uğurla reallaşdırılan nəhəng enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Biz Cənub Qaz Dəhlizinin ilin sonuna qədər istismara veriləcəyini gözləyirik. Azərbaycan şirkətləri Gürcüstanda böyük vergi ödəyiciləridir. Şirkətlərimizin iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bir sıra yeni təklifləri vardır.
Azərbaycan və Gürcüstan hakimiyyətləri arasında etimada əsaslanan konstruktiv dialoq mühiti mövcuddur. Biz istənilən məsələni açıq surətdə müzakirə edə bilərik. Bu günlərdə Ermənistana göndərilən silahların rəsmi Tbilisi tərəfindən ölkə ərazisindən tranzit kimi istifadə edilərək keçirilməsinə imkan verilməməsini yüksək dəyərləndiririk.
Həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti münasibətlərin bundan sonra daha da dərinləşdirilməsi əzmindədir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi