Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Avq 15:45Olke
Prezidentin köməkçisi: “Ermənistanın demokratiya və insan haqlarından danışması gülüncdür”
“Sənəddə qeyd olunur ki, regionda demokratiya və insan haqları sahəsindəki geriləmə Ermənistanı narahat edir. Əlavə olunur ki, Azərbaycan və Türkiyədə demokratiya və insan haqları sahəsində geriləmə var və bu da bu ölkələrin beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mənfi təsir göstərir”.
APA-ya istinadən Respublikaxəbər.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bildirib.
O deyib ki, bu bir daha irqçilik və şovinizmin göstəricisidir: “Hesab edirəm ki, başqa dövlətin ərazisini işğal etmiş, etnik təmizləmə həyata keçirmiş Ermənistan insan hüquqları barədə danışmaq haqqı olan ən axırıncı ölkədir. Yalandan və utanmadan özünü demokratiya carçısı, insan haqları müdafiəçisi kimi təqdim edən Ermənistan bizə görə narahat olmasın, diqqətini özündə geniş yayılmış insan haqları problemlərinin həllinə yönəltsin.
Ümumiyyətlə, Ermənistanın demokratiya və insan haqlarından danışmasının özü gülüncdür. Bu ölkədə 20 ilə yaxın hərbi xunta hakimiyyətdə olub, Parlamentdə yüksək vəzifəli dövlət rəsmiləri güllələnib, indiki baş nazir isə siyasi rəqiblərini “asfalta uzatmaq”la hədələyir və asfalta uzadır. Ermənistanda siyasətçilər, jurnalistlər siyasi baxışlarına görə təqib olunur. Jurnalist Mger Yegiazaryan türmədə aclıq aksiyasından sonra vəfat etmişdir”.
Prezidentin köməkçisinin sözlərinə görə, sənəddə regiondakı təhdidlərə istinad edilir: “Vurğulamaq istərdim ki, regionda ən böyük təhdid elə Ermənistan və onun işğalçı siyasətidir. Ermənistan milli təhlükəsizliyinə ən böyük təhlükə də məhz elə Ermənistan və Nikol Paşinyan hakimiyyətinin siyasətidir.
Sənəddə qeyd edilir ki, Azərbaycan və Türkiyə Ermənistanı iqtisadi blokadada saxlayır və onu regional layihələrdən kənarda qoyur. Bu açıq həyasızlıqdır. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğalda saxlaması şəraitində belə ittihamlarla çıxış etməsi heç bir əndazəyə sığmır.
Sənəddə qeyd olunur ki, Ermənistanın xarici siyasət baxışı beynəlxalq, millətlərarası və sivilizasiyalararası dialoqa əsaslanır. Ermənistanın belə tezislə çıxış etməsi çox gülüncdür. Bu reallığı əks etdirmir. Yuxarıda qeyd etdiyim kimi, Ermənistan öz ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında etnik təmizləmə aparmış, Azərbaycan xalqının mədəni və tarixi abidələrini dağıtmış, mənimsəmiş bir dövlətdir. Belə dövlətin xarici siyasəti millətlərarası və sivilizasiyalararası dialoq üzərində qurula bilməz. 2016-cı ildə Ermənistan Azərbaycanda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu boykot etmiş yeganə ölkə olmuşdur. Bu bir daha Ermənistanın təşviq etdiyi dəyərlərlə BMT-nin Sivilizasiyalar Alyansının təbliğ etdiyi dəyərlərin tamamilə bir-birinə zidd olmasını göstərir”.
Prezidentin köməkçisi qeyd edib ki, strategiyada Ermənistanın Yaxın Şərq ölkələri ilə münasibətlərinin inkişafından bəhs edilir: “Ermənistan islam dünyasına aid dövlətin ərazisini işğal edib və onun islam irsini dağıdır. Müsəlman ölkələrinin belə bir dövlətlə hansı əməkdaşlığından söhbət gedə bilər. Hesab edirəm ki, Yaxın Şərq ölkələri bu məqamı nəzərə almalıdır”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ