Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Avq 09:41Olke
MN rəsmisi: “Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır”
“Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın 2016-cı ilin aprel döyüşləri barədə erməni ictimaiyyətinə çatdırdığı “həqiqətlər” yalan və iftiradır, onun iflasa uğramış reytinqinin bərpa edilməsi üçün atılmış növbəti uğursuz addımdır. O, səsləndirdiyi fikirlərə bəlkə də Ermənistandakı öz tərəfdaşlarını inandıra bilər. Əslində isə aprel döyüşlərinin həqiqətləri hamıya bəllidir”.
Respublikaxəbər.az xəbər verir ki, bu sözləri S.Sarqsyanın fikirlərini şərh edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
V.Dərgahlının sözlərinə görə, aprel fiaskosundan sonra Ermənistan parlamentində döyüşlərin nəticələrini araşdıran İstintaq Komissiyası yalnız canlı qüvvə sarıdan ermənilərin 560 nəfər hərbçisinin öldürüldüyünü açıqlamışdı. Həmin döyüşlərdə ermənilərin 33 tankının və 15 topunun da məhv edildiyi danılmazdır.
S.Sarqsyan Ermənistan silahlı qüvvələrinin itkilərinin sayını azaltmaq və Azərbaycan Ordusu tərəfindən azad edilən ərazilərin ölçülərini kiçiltməklə öz çirkin niyyətlərinə nail olmaq və bacarıqsızlığına haqq qazandırmaq istəyir. O, ikiüzlülük edərək real faktları danmaqla guya apreldə qələbə qazandıqlarını utanmadan bəyan edir. Sual olunur: əgər o dediyi kimi aprel döyüşlərində qalib gəlibsə, bəs nə üçün həmin hadisələrdən qısa bir müddət sonra onun yaxın dostu və silahdaşı müdafiə naziri vəzifəsində olan Seyran Ohanyan, ardınca isə Ermənistan silahlı qüvvələrinin bütün ali rütbəli rəhbərliyi istefaya göndərildi?
Məgər döyüşlərdə erməni tərəfi xeyli sayda itki verdiyinə görə Ermənistan cəmiyyətinin ayağa qalxması, erməni analarının kütləvi etiraz aksiyaları keçirməsi, “Sasna Srer” qruplaşmasının hakimiyyətə qarşı kortəbii silahlı üsyanı və nəhayətdə Sarqsyanın özünün siyasi hakimiyyətinə son qoyulması Azərbaycan Ordusunun aprel zəfərinin əks-sədası deyildimi? Bütün bunların dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini bilə-bilə ancaq erməni xislətli Sarqsyan həqiqəti danaraq hansısa qələbədən danışa bilər.
Azərbaycan Ordusunun ön xətt bölmələrinin sərəncamında olan silah və hərbi texnikanın az bir hissəsini istifadə edərək qısa zamanda 2000 hektar ərazisini işğaldan azad etdiyinə rəğmən Sarqsyan Ermənistan silahlı qüvvələrinin məğlubiyyətinə ciddi cəhdlə bəraət qazandırmağa çalışaraq utanmadan qələbədən danışır.
Döyüşlər zamanı Serj Sarqsyanın guya Ermənistan ordusundan bu əraziləri qaytarmağı tələb etməməsinin səbəbinin erməni əsgərlərinin həyatının xilas edilməsinə üstünlük verməsi fikrinə gəldikdə isə, bu, onun Ermənistan tərəfindən yenidən işğala cəhd edilərsə həm canlı qüvvə və hərbi texnikada, həm də işğal olunmuş ərazilərin azad edilməsi baxımından böyük itkilər verəcəklərini yaxşı başa düşdüyünə bir daha dəlalət edir.
Əminliklə demək olar ki, Aprel döyüşləri və bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin verdiyi itkilər təkcə Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyi üçün deyil, eyni zamanda Ordumuzla baş verə biləcək növbəti döyüşlərin bərpa olunmayacaq itkilərə, o cümlədən sarqsyan rejimi ilə olduğu kimi hakimiyyət itkisinə gətirib çıxaracağını yaxşı anlayan hazırkı rejim üçün də əsl dərs oldu.
Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, bu çıxışı ilə Ermənistan ictimaiyyətini növbəti dəfə aldatmağa çalışan Sarqsyan özünü qəhrəman kimi qələmə verməklə canını qurtarmaq məqsədilə çürük saman çöpündən yapışır”, - deyə polkovnik V.Dərgahlı bildirib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB
*Laçında yabanı halda bitən 1 tondan artıq çətənə kolu məhv edilib*