Sorğu
Оцените работу движка

17 İyl 12:47Dunya

Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir - RƏSMİ

Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir - RƏSMİ

“Azərbaycan - Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan müdafiə nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan Yerevanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur”.

Respublikaxəbər.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bu günlər ərzində Ermənistan Müdafiə Nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırlayıb:

“Biz bu dezinformasiyanı operativ şəkildə təkzib edirik. Xüsusilə, bildiyiniz kimi, Ermənistan Müdafiə Nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı erməni cəmiyyəti də sübut tələb edir.

Elə ona görə də Ermənistanın Müdafiə Nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı.

Lakin erməni mif yaradıcılarını suyun üzünə çıxarmaq elə də çətin olmadı – fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan ABŞ-a məxsus PUA olduğu tez bir zamanda sübut edildi”.

“Diqqətçəkən məqamlardan biri də o oldu ki, hətta xarici jurnalistlər belə erməni uydurmalarını ifşa etməyə başladılar. Belə ki, Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Repke, Ermənistan Müdafiə Nazirliyinin yaydığı guya Azərbaycana məxsus PUA-nın vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. Çünki videoda görüntülənən ikimühərrikli kiçikhəcmli mülki sərnişin təyyarəsidir.

Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir”, - nazirlik rəsmisi vurğulayıb.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi