Sorğu
Оцените работу движка

04 Avq 09:24Olke

Asayiş keşikçilərini öldürdükdən sonra 25 il gizlənən azərbaycanlı Rusiyada həbs olundu

Asayiş keşikçilərini öldürdükdən sonra 25 il gizlənən azərbaycanlı Rusiyada həbs olundu


Rusiya paytaxtında iki milis işçisini öldürən azərbaycanlı 25 ildən sonra ələ keçib. Bütün bu müddət ərzində o, Azərbaycanda olub.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

1995-ci ildə Moskvada içərisində iki milis işçisinin meyiti olan “VAZ 2105” markalı avtomobil tapılıb. Kiçik serjant Aleksandr Kozırev və sıravi Qriqori Aleksandrov başlarından açılan atəşlə öldürülmüşdü. Onların silahı, sənədləri və şəxsi əşyaları üzərlərində olub.

Bir aydan sonra müstəntiqlər şübhəli Oleq Babayevin izinə çıxıblar. Həmin vaxt onun 24 yaşı olub.

Şübhəli axtarışa verilsə də, onu tapmaq mümkün olmayıb.

Bu yaxınlarda isə onun izinə düşmək olub. Məlum olub ki, o, bütün bu müddət ərzində Azərbaycanda gizlənib. Üstəlik, 2002-2015-ci illərdə o, qarətə görə həbsxanada yatıb.

Azadlığa çıxdıqdan sonra o, adını dəyişərək, Pavel Ulovskiyə çevrilib və yenidən Rusiyaya qayıdıb. Lakin şəxsiyyət vəsiqəsini dəyişmək ona kömək etməyib: qayıtdıqdan sonra onun kimliyi aşkarlanıb və həbs olunub.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi