Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Avq 10:45Olke
Vüqar Bayramov: “Pandemiya dövründə Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxladı”
“Ötən müddət ərzində pandemiya dövründə qəbul edilən paketlər postpandemiya dövründə real sektorda iqtisadi artımın daha qısa müddətdə əldə edilməsinə imkan yaradacaq”.
Bunu Respublikaxəbər.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
V. Bayramov deyib ki, pandemiya dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxladı: “2020-ci ilin birinci yarısının yekunlarında ümumdaxili məhsulda (ÜDM) 2,7 % azalma qeydə alınmasına məqbul sayılmalıdır. Çünki pandemiya qlobal, eləcə də milli iqtisadiyyatlara neqativ təsir göstərir. Neft bazarında artıq mart ayından etibarən volatillik neft ölkələrinin gəlirlərinə təsir göstərir. Bu baxımdan Azərbaycanda ÜDM-də olan dəyişiklikləri digər ölkələrlə müqayisə etsək, təbii ki, bu dəyişiklik məqbul hesab olunmalıdır. Bu ilin 6 ayının yekunlarına əsasən, Avrozonada ÜDM-də olan azalma ikirəqəmli, yəni 12 %-dir. Bu isə ondan xəbər verir ki, əslində Azərbaycanda ÜDM-də olan dəyişiklik məqbuldur. Bu, pandemiyanın təsirlərinə Azərbaycan hökumətinin çevik reaksiya verməsi, iqtisadi paket çərçivəsində sahibkarların və muzdlu vətəndaşlarımızın dəstəklənməsi, eləcə də pandemiyanın davam edən aylarında və postpandemiya dövründə sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi nəticəsində reallaşdı. Artıq sahibkarlar iqtisadi paket çərçivəsində həm güzəştli vergi, həm də güzəştli kredit paketlərindən faydalana bilirlər”.
Deputat nəzərə çatdırıb ki, pandmeiya dövründə digər diqqətçəkən məqamlardan biri regionların inkişafı ilə bağlıdır:
“Bütövlükdə pandemiya dövründə həm Prezident İlham Əliyevin, həm də I Vitse-prezident Mehriban Əliyevanın rayonlara, bölgələrə səfərləri ondan xəbər verir ki, pandemiya dövründə də regionların inkişafı Azərbaycan hökuməti üçün prioritetdir. Regionlarda sənaye müəssisələri və eləcə də sosial obyektlərin istifadəyə verilməsi və bu kontekstdə məşğulluğun təmin edilməsi ilə bağlı atılan addımlar, regionlarda yeni “ASAN Xidmət” mərkəzlərinin açılması mərhələli şəkildə iqtisadi baxımdan region və Bakı arasındakı fərqin azaldılmasına yönələn addımlardandır. Bütün bunlar eyni zamanda regionda yaşayan sahibkarlarımızın dövlət xidmətlərinə elektron çıxışının artırılmasına imkan yaradır. Bütövlükdə 2020-ci ilin geridə qalan aylarının yekunları göstərir ki, Azərbaycan pandemiyaya çevik reaksiya verən ölkələrdən biri olaraq ötən dövrdə iqtisadiyyatdakı dayanıqlılığı qoruyub saxlamağa çalışdı və buna nail oldu”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ