Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 İyl 13:45Olke
Əvvəl dilənir, pul verməyəndə isə... VİDEO – FOTO
Onlara hər addımda rast gəlinir. Xüsusən də metro stansiyalarının çıxışlarında, metro keçidlərində, vaqonlarda, şəhərin hərəkət sıxlığı olan küçələrində və parklarında. Metroda hər stansiyada bir vaqondan digərinə keçən və "uzaqdan idarə olunan" balaca "pulyığanlar"ı çoxumuz demək olar, hər gün müşahidə edirik.
Yolun ortasına uzanıb, özünü "əsdirən" dilənçi kişilərdənsə danışmağa dəyməz. İş günləri başa çatandan sonra bu adamların ayağa qalxıb, necə dim-dik gəzdiyini hamı bilir. Onlar sosial həyatımızın bir parçası olan dilənçilərdir.
“Respublika.Az” xəbər portalı dilənçilər və dilənçiliklə bağlı bir sıra məqamlara aydınlıq gətirən araşdırma yazını sizlərə təqdim edir.
Dilənçi başqasının yardımına möhtac olan, başqa insanlardan pul, yemək və s. istəyən insanlardır. Dilənçilərə geridə qalmış və ya inkişafda olan ölkələrdə daha çox rast gəlinir. Bununla yanaşı demək olmaz ki, inkişaf etmiş ölkələrdə dilənçilər yoxdur.
Bakıda da bu problem isə hər zaman göz önündədir və həlli də hələ ki, mümkün görünmür. Oxşar mənzərə rayonlarda da yaşanır.
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Nəsimi rayonunda isə vəziyyət fərqlidir. Belə ki, Bakı şəhəri məktəbəqədər təhsil müəssiələrindən biri olan 22 saylı körpələr evinin qarşısında olan mənzərə və bu mənzərədən şikayət edən rayon sakinlərimiz….
İsgəndərova Gülmira Nərman qızı əslən Gəncə şəhərindəndir. Anası Sevda
xanımın ürəklə bağlı sağlamlıq problemləri olduğundan Gülmirə dilənərək özünü saxlayır. Hazırda Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsində yerləşən Papanin qəsəbəsində kirayə də yaşayır.
Anasının isə Gəncə şəhərində yaşadığını- deyən Gülmirə dilənməkdən utanmadığını bildirir.
Burada saytın rəhbəri "Tədqiqatçı" Elyaz Gülüyevin bildirdiyinə görə, O, araşdıma zamanı müəyyən edib ki, Gülmiranın anası Gəncə şəhərində qeydiyyatda olsa da, hazırda anası Sevda da Bakı şəhərində yaşayır və o da dilənçiliklə məşğul olur.
Məlumat üçün bildirək ki, əslən Gəncə şəhərindən olan Gülmira ailəsi ilə birlikdə Bakıya köçür. Bir müddət sonra həyat yoldaşı onu qoyub gedir. İki körpəsi ilə tək qalan qadın uşaq qucağında o, vaxtdan dilənməyə başlayır.
Əlavə olaraq onu da qeyd etmək istəyirik ki, sakinlərin şikayət etməkdə məqsədləri odur ki, dilənçilər bəzən vaxtı çox olurlar və ya iki nəfər olurlar, lakin dalaşırlar. Onlardan biri deyir sənə niyə verdi, mənə vermədi və yaxud sən niyə orda durursan, burda durmursan? Baxın şikayətçilərin səbəbləri budur ki, onların bu kimi hərəkətləri onların ailə üzvlərinin tərbiyyələrinə mənfi təsir göstərir.
“Respublika.Az”-ın redaktoru olaraq, Mən bu insanlarla təmasda olmuşam, söhbət etmişəm. Qeyd edim ki, günü bu gün də Bakının küçələrində həmin tayfanın körpə uşaqlarının diləndiyinin şahidi oluram.
Nə qədər acınacaqlı olsa da, bu gün paytaxt küçələrində, metroların çıxışında, yaşayış məntəqələrində, hətta Bakı şəhəri məktəbəqədər təhsil müəssiəsələrinin ətrafında gəzib, dilənən yüzlərlə dilənçilər var.
Redaktor kimi şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, belə insanlar həqiqətən problem yaradandırlar. Və çətin islah olunandırlar. Onları islah etməyin yolu maarifçilik işlərinin aparılmasıdır. Uşaqların təhsilə cəlb edilməsidir. Bu, böyük sosial layihələr tələb edən bir işdir. Hesab edirəm ki, dilənçiləri ancaq əməyə alışdırmaqla islah etmək mümkündü:
Bu fakt diqqətdə saxlanmalıdır ki, nə vaxtsa dilənçilər tərəfindən anti-ictimai hərəkətlər, ictimai təhlükə xarakteri daşıyan əməllər olarsa, müvafiq tədbirlər görülə bilsin. Çox zaman belə iradlar səslənir ki, polis hara baxır, niyə bu dilənçiləri tutmur?
Hüquq-mühafizə orqanlarının dilənçiləri məsuliyyətə cəlb etməsi üçün qanuni əsas olmalıdır. Bilirsiniz, dilənçilərlə mübarizə bütün dünyada problemə çevrilib.
Bu işi qazanc mənbəyi olaraq, görən dilənçilərin əsas hədəfləri isə əcnəbilər -xüsusən ərəb turistlərdir. Hətta onların ayağından, əlindən yapışıb, xırda pul yox, kağız əskinas tələb edirlər.
Yazıq, məzlum kimi dil tökən bu dilənçilərin əsl üzləri isə istədikləri məbləği əldə etmədikdə üzə çıxır. Bir neçə saniyə əvvəl yalvardıqları insan bu dəfə təhqir, söyüş dolu sözlərə tuş gəlir.
Mətbuatda apardığımız araşdırma zamanı məlum oldu ki, dilənçilərin 40 faizi zorla saxlanır və ancaq yemək üçün işləyirlər. Adətən, onlar heç kimləri olmayan rayon adamlarıdır, o cümlədən uşaqlardır.
Qeyd olunur ki, belə insanlar adətən övladlarına uşaq yaşlarından dilənçilik öyrədirlər. Uşaq nə qədər körpədirsə, pul o qədər yaxşı qazanır.
Kimisi özü dilənir, kimisə bu işə azyaşlıları vadar edir. Kimisi də xırda ticarət pərdə altından insanlardan pul tələb edir.
“Təklif edirəm ki, dilənçilər üçün sığınacaq yaradaq. Gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, dilənçiləri görürsən. Hesab edirəm ki, yalnız bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür”.
Biz üzərimizə düşəni etdik, qaldı aidiyyəti qurumların məsələyə reaksiyası...
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər