Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 İyn 09:37Olke
17 iyun “ağxalatlılar” günüdür: Azərbaycanda yeddi ildir müşahidə olunmayan xəstəlik...
İyunun 17-də Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı kimi qeyd olunur.
Deputat xatırladıb ki, Azərbaycanın xilaskarı və xalqımızım ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Bu sərəncam Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq imzalanmışdı.
İ.Məmmədov hesab edir ki, şərəfli yolu keçən Azərbaycan səhiyyəsi bu gün də özünün inkişaf mərhələsinin zirvəsindədir.
“Ümid yeri olmaq, şəfa paylamaq, ömrü ömrə calamaq xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu nəcib peşələrinə görə həkimlər hər cür hörmətə və ehtirama layiqdirlər.
Tibb elmi fəlsəfədir, bir ümmandır, onu dərk etmək, dərk edərək insanların sağlamlığının keşiyində durmaq özü də ilahi möcüzədir. Təbabət xəstəliklərə dair bir nəzər nöqtəsi sistemidir. Yüz minlərlə xəstəlik var.
Onların birləşmələri isə saysızdır. Xəstəliklərin qanunu dəqiq elmlərin qanunlarından fərqlidir, cədvəllərə və düsturlara tabe olmur. Riyazi model ilə təsvir olunmur. Hətta ən güclü kompüterlə belə hesablana bilmir. Xəstəliklərin qayda-qanunları istisna halları qədərdir.
İstisnalar isə o dərəcədə mühümdür ki, bunların da öz qanunauyğunluqları var. Belə çətin və şərəfli peşə sahibi olan həkimlərə, tibb işçilərinə ulu öndərimiz çox böyük dəyər verərək qeyd edib:
“Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır. Onların hər biri çalışmalıdır ki, bu şərəfli adı daim yüksəklərə qaldırsınlar”.
Bu şərəfli peşə sahibləri hazırda bəşəriyyəti cənginə alan koronavirusla mübarizədə ön cərgədədir. Tibb işçilərinin əzmkarlığının, qəhrəmanlığının nəticəsidir ki, koronavirus infeksiyasının yayılmasının daha da təhlükəli hal almasının qarşısı alınır.
Koronavirus pandemiyası ilə mübarizədə əsas yük məhz həkimlərin, tibb işçilərinin çiyinlərinə düşür. Bu gün dünyanın hər yerində yüz minlərlə tibb işçisi bu ölümcül virusla mübarizədə iştirak edirlər”, - deyə İ.Məmmədov əlavə edib.
“Yeni klinika” tibb müəssisəsinin açılışında Prezident İlham Əliyev həkimlərin koronavirusla mübarizədə əməyini yüksək qiymətləndirib.
“Prezident deyib ki, bu ağır və çətin gündə həkimlər, tibb işçiləri xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirdilər, öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərdilər.
Bu gün səhiyyəmizin sözün həqiqi mənasında himayədarı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da tibb işçilərinin əməyini çox yüksək qiymətləndirir. Qeyd edir ki, ən vacib və ən mürəkkəb vəzifəni tibb işçiləri yerinə yetirir.
Onların hər an qəbul etdiyi qərarlar, peşəkar bilik və bacarıqlar, fədakarlıqları, şəfqəti bizim əsas silahımız və ümidimizdir. Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik.
Bu peşə, həqiqətən də, həmişə dərin zəka ilə yüksək bacarıq tələb edir. Tibb işçilərimizdən böyük cəsarət tələb olunur. Xüsusi qeyd edək ki, məhz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial yönümlü siyasətinin mərkəzi olaraq Azərbaycan səhiyyəsi bu gün özünün yüksək inkişaf mərhələsindədir.
Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqəti, qayğısı, təşəbbüsü ilə yaradılmış səhiyyə infrastrukturu ona imkan verdi ki, Azərbaycanda koronavirusa qarşı effektiv mübarizə aparılsın.
Son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görülüb. 2004-cü ildən bu günə kimi 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün Azərbaycanda elə rayon, şəhər yoxdur ki, orada xəstəxana olmasın”, - deyə İ.Məmmədov bildirib.
Deputat ölkədə səhiyyə sistemində görülən işlərdən də danışıb. Söyləyib ki, bütün dünya ölkələri üçün çox çətin olan 2020-ci ilin qısa dövrü ərzində Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi Xəstəxanaları, Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Professor Gindes adına Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi başa çatıb, əhalinin istifadəsinə verilib.
Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi Xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının tikintisi, Bakı şəhər 2 nömrəli Doğum evinin, Salyan Rayonu Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ