Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 İyl 10:31Olke
Deputat: “Tovuzda həmlələri dəf edilən Ermənistan təxribatlarını başqa cəbhələrdə davam etdirmək niyyətindədir”
“Biz təxribat törətmirik, təxribatları da cavabsız qoymuruq.”
Bunu Respublikaxəbər.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitsəinin sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, işğalçı Ermənistanın 12 iyulda başlayan, dövlət sərhədinin Tovuz istiqamətində cərəyan edən həmlələri Silahlı Qüvvələrimiz tərəfindən dəf edildikdən sonra düşmən öz təxribatlarını başqa-başqa cəbhələrdə davam və inkişaf etdirmək istəyindədir: "Ön cəbhədə itirdiyi canlı qüvvə və hərbi texnika sayını, hərbi obyektlərin dağıntısını gizlədən, daxili böhranın daha da dərinləşməsindən qaçınmaq istəyən Paşinyan hökuməti, əlavə “üsul və vasitələr” arayışı içindədir. Bu arayışlar Los-Ancelesdə, Brüsseldə və başqa yerlərdə öz “pik” nöqtəsinə çatır. Brüsseldəki səfirliyimiz önündə daşla başı yarılan Xatirə Sərdarqızı Şuşadandır. Şuşa Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistan özü tarixi Azərbaycan torpaqlarında qurulub. Ermənistandan terrorçu xislətli xeyli erməni Avropaya yerləşib və Brüsseldə bizim səfirliyimizə daş-kəsək ata-ata, qanunsuz çağırışlar edib. Yəni, bizim tarixi torpağımızda qurduqları tarixdəki ilk erməni dövlətindən sonra Dağlıq Qarabağda ikinci erməni dövləti qurmaq istəyən, həmin Qarabağdan uzaqdakı Tovuz rayonuna hücum edən ermənilərlə sülh necə mümkün olacaq?! “Demokrat libaslı” Paşinyan və havadarları müharibədən başqa bir yola şans buraxırlarmı? Ermənistanın cavabı erməninin anladığı dillə Qarabağda veriləcək. Dinc yürüşlər, nümayiş və digər aksiyalar, diplomatik görüşlər məhz tərəqqipərvər dünyanın anladığı dillə davam etdiriləndə daha təsirli olur. Yəni bununla biz beynəlxalq ictimaiyyətə erməni təxribatlarının iç üzünü daha çılpaqlığı ilə göstərmiş oluruq. Düşmənə döyüş cəbhəsində aldığı zərbənin acığını Avropada, ABŞ-da və digrə ölkələrdə bizi təxribata çəkərək çıxmağa imkan verməməliyik”.
Deputat nəzərə çatdırıb ki, ABŞ-ın Los-Ancelesdəki Baş konsulluğu qarşısında azərbaycanlılara qarşı baş verən toqquşma ilə bağlı da ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və nazir müavini Xələf Xələfovla görüşü keçirilib: "Hadisəyə görə üzrxahlıq etdiyini bildirən səfir, məsələ ilə bağlı araşdırmaların aparılacağını, müvafiq tədbirlərin görüləcəyini qeyd edib. Başqa ölkələrdə də bənzəri hadisələr və rəsmi reaksiyalar olub. Bütün bunlara ən universal reaksiya və qiymətləndirmə olaraq, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Los-Ancelesdə və bəzi Avropa ölkələrində baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə etdiyi müraciətə diqqəti cəlb etmək istərdim. Bu, tarixi müraciətdir. Müraciət, həmvətənlərimizə ünvanlansa da, hər kəs bu müraciətdən özü üçün nəticə çıxara bilər. Dünya birliyi ancaq birgəyaşayış qaydalarına, beynəlxalq hüquq normalarına sayğı, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa açıqlıq, multikultural dəyərlərə sadiqliklə gələcəyə gedə bilər. Yoxsa, bəşəriyyəti sonu görnməyən qaranlıq gözləyir. Mehriban xanımın tarixi müraciəti dünya sülhpərvərlərinin beynəlxalq çağırışlar antologiyasına düşmək üçün yaxşı bir sənəddir. Bu müraciəti bütün bu deyilənlərlə yanaşı, bir vətənpərvərlik və səmimiyyət aktıdır. Müraciət dəqiq informasiyalar əsasında yazılıb və tərəqqipərvər insanlar əsl erməni üzsüzlüyünü bu sənəddə görə bilər. Yəni, Azərbaycanın şəffaf, dünyaya açıq, anlaşılan, səmimi siyasət tərəfdarı olduğu bu büraciətin ruhundan da bir daha görünür”.
Millət vəkili dünyanın dörd yanında haqq səsini ucaldan, hüquq çərçivəsində etiraz aksiyaları təşkil edən soydaşlarımıza, onlara dəstək verən tərəqqipərvər, haqsevər dünya ictimaiyyəti nümayəndələrinə, o cümlədən qardaş türk diaspor qurumlarına təşəkkür edib: "Dünən axşam Praqadakı səfirliyimiz önündə ermənilərin keçirdiyi təxribatçı “etiraz aksiyası”na qarşı “Bir millət, iki dövlət”in vahid mövqeli diaspor qurumlarının təşkil etdiyi Azərbaycana dəstək aksiyası keçirilməsi ilə bağlı məlumat aldım. Erməni aksiyaçıların on qatı olan soydaşlarımızın aksiyası qardaş Türkiyənin Çexiya Böyükelçisi Egemen Bağışın aksiyaya gəlişi ilə daha da coşub. Egemen Bağış və Çexiyadakı səfirimiz Adış Məmmədovun əl-ələ verməsi Ermənistanın düşməncə hücumlarına qarşı dəstək verən həmvətərnlərimizi, dostlarımızı məmnunluğa, ermənilərisə dərin üzüntüyə qərq edib. Praqadakı birlik-bərabərlik tablosu düşmənə və havadarlarına ciddi ismarışdır”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi