Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Avq 00:00Olke
“Neft Daşları”nda istismar quyusunda açıq fontan ləğv edilib - YENİLƏNİB
“Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda açıq fontan ləğv edilib.
SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyasından Respublikaxəbər.az-a verilən xəbərə əsasən, “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda qeydə alınan açıq fontan tam lokallaşdırılıb və quyu bağlanılaraq nəzarətə götürülüb.
Fontanın ram edilməsi prosesində "Neft Daşları" NQÇİ-nin, SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupu və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən bütün texniki və təşkilati tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilib.
Hadisə nəticəsində yanğın baş verməyib, xəsarət alan olmayıb.
Avqustun 28-də səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçib.
“Azneft” İB-dən Respublikaxəbər.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın qeydə alınmayıb.
Meydançada işlək quyuların fəaliyyəti dayandırılıb, orada işləyən əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılıb və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.
Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi