Sorğu
Оцените работу движка

28 Avq 11:32Olke

Bakıda yataqxana binasında yanğın - FOTO

Bakıda yataqxana binasında yanğın - FOTO


Bakının Yasamal rayonunda - Şərifzadə küçəsində yanğın baş verib.

Respublikaxəbər.az-ın əldə etdiyi məlumata görə, hadisə məcburi köçkünlərin yaşadığı yataqxana binasında qeydə alınıb.

Bildirilib ki, yanğında bir nəfər başından xəsarət alıb. Əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, yanğın artıq söndürülüb:

“Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə çağırış daxil olub. Əraziyə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları göndərilib.

Yanğın yataqxana binasında deyil, onun yanında yerləşən 70 kvadrat metr sahəsi olan köməkçi tikilidə qeydə alınıb. Orada yaşayan məcburi köçkünlər təxliyyə edilib.

Yanğın əməkdaşlarımız tərəfindən söndürülüb, yanğının yataqxana binasına keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi