Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 İyl 21:44Olke
Azərbaycan nümayəndəsi Qoşulmama Hərəkatı Gənclər Təşkilatına 3 il müddətinə sədrlik edəcək
25-29 iyul tarixlərində Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı (QH) Gənclər Sammiti çərçivəsində, Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq QH üzv ölkələrinin gənclərini birləşdirən QH Gənclər Təşkilatı yaradılıb.
Respublikaxəbər.az xəbər verir ki, Şuşa Akkordu (Şuşa razılaşması) kimi tarixə düşən QH Gənclər Təşkilatının yaradılmasına dair sənəd, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adının QH tarixinə yazılmasına xidmət edəcək.
QH Gənclər Şəbəkəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində QH Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür.
Təşkilatın Mənzil-qərargahı Bakı şəhərində yerləşəcək. Bununla yanaşı üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis ediləcək. Təşkilata sədrlik qarşıdan gələn 3 il müddətinə Azərbaycan nümayəndəsi tərəfindən ediləcək.
Bu təşkilatın yaradılması, QH Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanaraq dəstəklənib, QH üzv ölkələrinin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilib.
2021-ci ilin 4 oktyabr tarixində Azərbaycanın təşəbbüsü ilə yaradılmış QH Gənclər Şəbəkəsinin QH Gənclər Təşkilatına çevrilməsi ilə, QH üzv ölkələrinin gənclərini birləşdirən bu təsisat, beynəlxaq platformalara daha rahat çıxış imkanı əldə edilib.
QH Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən QH üzv ölkələrinin nümayəndə heyətləri, Azərbaycan ərazilərinin Ermənistan tərəfindan işğal altında saxlanması, hənin dövrdə baş vermiş dağıntılar barədə məlumatlandırılıb, həmçinin Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar.
Xatırladaq ki, QH 4 qitədən 120 ölkəni özündə birləşdirir. Azərbaycan 2019-cu ildən Hərəkata sədrlik edir. Sədrlik müddəti 2022-ci ildə başa çatmalı olsa da, üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz əlavə 1 il müddətinə uzadılıb.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi