Sorğu
Оцените работу движка

08 İyl 15:01Olke

ARKİ-yə yeni üzvlər qəbul edilib

ARKİ-yə yeni üzvlər qəbul edilib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Katibliyinin geniş tərkibdə iclası keçirilib.

İttifaqın mətbuat xidmətindən Respublikaxəbər.az-a bildirilib ki, iclasda 2 avqust Milli Kino Günü və ARKİ – nin 10 illik yubileyi, kinonun bugünkü durumu haqqında, Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

İttifaqın sədri, Xalq artisti Şəfiqə Məmmədova əlamətdar günlərlə bağlı görülən və görüləcək təşkilati işlər barədə məlumat verib. Daha sonra İttifaq tərəfindən hər il təqdim edilən Milli Kino Mükafatı və tanınmış kino xadimlərinin ARKİ tərəfindən fəxri adlara və mükafatlara təqdim olunması ilə bağlı məsələlər müzakirə olunub.

İclasın gedişində ARKİ-nin İdarə Heyətinin katibləri Oktay Mirqasım, Vaqif Mustafayev, Ayaz Salayev, Cəmil Quliyev, Müşfiq Hətəmov, Nəriman Məmmədov, Azər Quliyevin təklif və mülahizələri dinlənilib. Müzakirələrdə tanınmış kino xadimləri Rafiq Nəsirov, Rafiq Qəmbərov, Əbdül Mahmudov və Şamil Əliyev fəal iştirak ediblər.

Daha sonra iclasda veteran kino xadimləri, yubilyarların mükafatlandırılması məsələləri müzakirə edilib, ARKi-yə yeni üzvlər qəbul olunub.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi