Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 İyl 18:59Olke
Firdovsi Umudov: “Axı sizin o təxribatçı ermənilərdən fərqiniz nə oldu?”
“İyulun 14-dən 15-nə keçən gecə paytaxt Bakıda keçirilən “Ordumuza dəstək yürüşü” Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun, Vətənə, dövlətə sevginin, Ali Baş Komandana və müzəffər ordumuza etimadın yüksək olduğunu bir daha sübut etdi. Aksiya iştirakçılarının ordumuza, əsgərimizə, zabitimizə sevgi ifadə etməsi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti olduqca qürurverici idi”.
Respublikaxəbər.az xəbər verir ki, bu fikirlər həmin dəstək yürüşündə iştirak edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudova məxsusdur.
O, Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı münasibətini bildirib.
Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı olan F.Umudov orduya dəstəyin vətəndaşlıq borcu olduğunu qeyd edib:
“Əlbəttə, orduya dəstək göstərmək hər bir insanımızın vətəndaşlıq borcudur. Və uca xalqımız da həmin gün məhz bu borcunu bəyan etməyə çıxmışdı və etdi də. İşğalçı Ermənistan və onun havadarları məhz bu yürüşdən sonra almalı olduqları mesajı aldılar. Artıq Azərbaycan xalqının bir qarış torpağı belə güzəştə getməyəcəyinin şahidi oldular. Ölkə başçısı cənab İlham Əliyev də dəfələrlə bu barədə açıq kontekstlə bəyanatlar verib.
Buradan yola çıxaraq bildirirəm ki, məlum yürüş ölkəmizdə xalq – prezident, prezident – xalq birliyini, sevgisini əyani şəkildə nümayiş etdirdi. Eyni zamanda, anti-Azərbaycan qüvvələr Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə monolit hakimiyyətin qurulmasının şahidi oldular. O hökumətlər və hakimiyyətlər monolit olur ki, orada xalq – iqtidar və ya xalq – prezident birliyi ən ali səviyyədə olur və hakimiyyətin mənbəyini xalq təşkil edir. Azərbaycanda da hakimiyyətin mənbəyini xalqın təşkil etməsi heç kəsdə şübhə doğurmur. Həmin gün yürüşdə səsləndirilən şüarlarda bu öz əksini tapdı, amma...
“Amma”sı odur ki, yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. Prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların və aqressiyanın formalaşdırılmasına səylər göstərildi. Küçələrdə iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Və əsası, bu, qanları ilə torpağı yoğurub vətənə çevirən şəhidlərimizin ruhuna sayğısızlıq idi. Buna qəti yol vermək olmazdı. İndiki kövrək məqamda heç olmazdı.
Ona görə olmazdı ki, əsgərlərimiz səngərdə ermənilərlə döyüşürdü. Təsəvvür edin, cəbhədə ermənilər əsgərlərimizi təxribata çəkir, şəhidlərimiz və yaralılarımız var. Paytaxtda da siz polislərimizi və xalqımızı provokasiyaya sövq etmək istəyirsiniz. Axı sizin o təxribatçı ermənilərdən fərqiniz nə oldu? Baxın, 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaxın tariximizdə yaşanıb. Biz bunları unutmamışıq, hələ də yaddaşımızdan silinməyib. Hamısı gözlərimizin qabağında yaşanıb və biz xalq olaraq bunun ağrısını elə indi də dərimizdə hiss edirik.
Ayrı-ayrı siyasi qrupların, şəxslərin maraqlarına xidmət edən “5-ci kolon” bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən anarxiya dövrünə qaytarmağa cəhd göstərdi. “5-ci kolon” növbəti dəfə öz mənfur niyyətini həyata keçirtmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışdı. Lakin bacarmadılar. Bacara da bilməzdilər.
Axı Azərbaycan 1990-ci illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Axı bizim uğurlu yol keçmiş, mükəmməl şəkildə təkmilləşmiş və ölkəmizin təhlükəsizliyinin qorunmasında sütun rolunu oynayan hüquq-mühafizə orqanlarımız var. Polislərimiz təxribatın da qarşısını ustalıqla aldılar. Həmin şəxslərin bir qismi saxlanıldı. Onlar qanun qarşısında cavab verəcəklər.
Sonda bir daha diqqətə çatdırıram ki, bu gün hər birimiz Silahlı Qüvvələrimizin əsgəri olduğumuzu unutmalı deyilik. Buna görə də, həmrəy olub, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Heç bir təxribata və dezinformasiyalara yol verməməliyik. Bizim monolit dövlətimiz, müzəffər ordumuz, güclü və uzaqgörən Ali Baş Komandanımız var!
Sonda Allahdan Şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirəm.
Tanrı cənab Ali Baş Komandanımızı, xalqımızı və əsgərlərimizi qorusun! Qələbə bizimlədir”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ