Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 İyl 12:10Olke
Ülvi Quliyev: “Azərbaycan dövlətinə heç kim əl uzada bilməz”
İyulun 12-də işğalçı Ermənistan növbəti təxribata imza atdı. Artıq bu dəfə işğal altında saxladığı Qarabağda deyil, Azərbaycanla sərhəddə Tovuz istiqamətində.
Respublikaxəbər.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Deputat bildirib ki, Ermənistan heç vaxt heç bir təxribatının arxasında tək və özbaşına olmayıb, düşünürəm ki, indi də belədir, özbaşınalıq etməyib:
“Qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “bu hücum Ermənistanın çapını aşan bir hadisədir” bəyanatı da bu baxımdan təsadüfi deyil. Erməni təxribatı nəticəsində dəyərli qardaşlarımızı, övladlarımızı şəhid verdik. Şəhidlik zirvəsinə ucalmış zabit və əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Rəsmi Yerevan öz ictimaiyyətindən gizlətməyə çalışsa da, şəhidlərimizin qanı yerdə qalmayıb və onların ruhu rahat olanadək, Qarabağımız işğaldan azad edilənədək bu qisas davam edəcək və amansız olacaq.
Dünən bütün Azərbaycan boyu, xüsusən də Bakıda küçələrə, meydanlara axışan onminlərlə həmvətənimizin haqlı və qəzəbli qisas tələbi bütövlükdə xalqımızın iradəsini və mübarizə əzmini bir daha ortaya qoydu. Azərbaycan vətəndaşı göstərdi ki, öz Prezidentinin, Dövlətinin, Ordusunun son nəfərinədək arxasındadır.
Xalqımız təkcə işğalçı Ermənistana deyil, bütün sivil dünyaya nümayiş etdirdi ki, O, Ali Baş Komandanımızın əmrinə müntəzirdir öz Prezidenti ilə həmrəydir, Qarabağın işğaldan azad olunmasında ikili standartları və otuz il boyu davam edən status-kvonu qəbul etmir.
Dünən xalqımızın, xüsusən də gənclərimizin ortaya qoyduğu bu yekdil iradə, Vətəndaş-Dövlət birliyi hər birimiz üçün qürur və iftixar mənbəyidir. Lakin nə qədər acı da olsa onu da qeyd etməliyəm ki, bu möhtəşəm həmrəyliyin fonunda kiçik bir qrupun qəsdən və ya bilməyərəkdən kimlərinsə təxribat cəhdinin alətinə çevrilməsi, Milli Məclisin binasına daxil olmağa sövq edilməsi yolverilməzdir və bir daha təkrar olunmamalıdır.
Unutmamalıyıq ki, son 30 ildə torpaqlarımızın işğalı məhz bu cür məkrli, pərdə arxasından idarə olunan oyunların qurbanı olub. Ona görə də biz yenidən bu cür təxribat cəhdlərinə uymamalıyıq, onların qarşısını öz həmrəyliyimizlə, vətəndaş qeyrətimizlə özümüz almalıyıq.
Bu cür təxribata “drijorluq” edənlər birdəfəlik bilsinlər ki, onların cəhdləri, xəbis niyyətləri əbəsdir! Azərbaycan xalqı, Azərbaycan gəncliyi, dünən küçələrə axışan onminlər Ali Baş Komandan cənab İlham Əliyevin və onun rəhbərlik etdiyi müzəffər Ordumuzun arxasındadır. Bu birlik sarsılmazdır və Qarabağın azadlığına, qisasımızın alınmasına aparan yeganə yoldur”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ