Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 İyl 21:02Olke
Ceyhun Bayramovun yeni missiyası: Baş diplomatdan gözləntimiz - TƏHLİL
Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramov oldu. Prezident İlham Əliyev bir neçə saat əvvəl Təhsil naziri Ceyhun Bayramovun Azərbaycanın Xarici işlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Əlbəttə, dövlətin ən strateji postlarından biri olan Xarici İşlər naziri vəzifəsinə kimin təyin olunacağı maraqla gözlənilirdi. İki həftə əvvəl XİN-də keçirilən əməliyyat, həbslər və xüsusən də ötən gün Prezidentin məlum çıxışından sonra hər kəsə aydın idi ki, Elmar Məmmədyarov vəzifəsindən azad ediləcək. Və təbii ki, hər kəsin diqqətində olan yeni nazirin kimliyi idi. Çünki faktiki olaraq müharibədə olan ölkənin xarici siyasəti təcrübəli, etibarlı və ən əsası vətənpərvər məmura tapşırılmalıdır.
Ölkə prezidenti artıq seçimini edib. Son iki ildə təhsil naziri vəzifəsini tutan, ondan əvvəl isə dörd il nazirin müavini vəzifəsində işləmiş Ceyhun Bayramov bundan sonra Azərbaycanın xarici siyasətini həyata keçirən orqana rəhbərlik edəcək.
Yuxarıda da qeyd etdiyimiz kimi, Xarici İşlər Nazirliyi kimi, strateji əhəmiyyət daşıyan dövlət orqanına rəhbərlik üçün xüsusi keyfiyyətlər tələb olunur. Bu səbəbdən də təyinatdan dərhal sonra Ceyhun Bayramovun diplomatiya ilə əlaqəsi, xarici dil bilgiləri kimi suallar ortaya atılıb.
Məlumdur ki, nazir vəzifəsi həm də bütöv bir komandaya rəhbərlik, onun fəaliyyətinin təşkil olunması, yəni başqa sözlə təşkilatçılıq, menecerlikdir. Çünki 50-dən çox ölkədə səfirlik, diplomatik nümayəndəliyi ilə birlikdə XİN böyük bir diplomatiya ordusudur, onun fəaliyyətinin qüsursuz təşkil olunması üçün karyeralı diplomatdan daha çox güclü təşkilatçı rəhbərə ehtiyac var.
İki illik Təhsil Nazirliyi kimi mürəkkəb və çətin bir sahədəki fəaliyyəti göstərdi ki, Ceyhun Bayramov bacarıqlı menecer və komanda işini təşkil edə bilən məmurdur. Görünür, son illərdə prezidentin son çıxışında da dediyi kimi ciddi nöqsanlarla yadda qalan XİN-i yenidən qurmaq da lazım olacaq. Buna görə də yeni təyinatda bu amil də rol oynayıb. Təhsil Nazirliyinin əməkdaşları C.Bayramovu son dərəcə məsuliyyətli, tələbkar və öz üzərində işləyən rəhbər kimi xarakterizə edir. Rəhbərlik etdiyi sahələrdə nizam-intizama xüsusi diqqət verən naziri həm də təvazökar, ən əsası mütəxəssislərin rəyinə əhəmiyyət verən insan kimi səciyyələndirirlər. Bu isə XİN rəhbəri üçün əlahiddə vacib xüsusiyyətlərdir.
Yeni nazirin diplomatiya sahəsində təcrübəsinə gəlincə, dünya təcrübəsində əksəriyyətində xarici işlər naziri həmişə diplomatiya sahəsindən gəlmir. Bunun onlarla parlaq nümunələri mövcuddur. Yeni nazir Ceyhun Bayramov XİN sistemində çalışmasa da, beynəlxalq hüquq üzrə ekspertdir. Uzun illər beynəlxalq səviyyədə tanınmış Azərbaycanın aparıcı hüquq şirkəti OMNİ-nin rəhbəri kimi ölkəmizin iqtisadi hüquq sahəsindəki maraqlarının təmin edilməsində yaxından iştirak edib. Bu sahədə dünyanın aparıcı şirkətləri ilə aparılan danışıqlarda Azərbaycan dövlət qurumlarının beynəlxalq hüquq sahəsində məsləhətçisi kimi çıxış edib.
Üstəlik Təhsil naziri kimi bir sıra dövlətlərarası, həmçinin BMT və UNESCO kimi təşkilatlarla uğurlu əməkdaşlığın inkişafını təmin etmişdir. Yəni yeni nazir beynəlxalq əlaqələr sahəsində, ölkəmizin xaricdə təmsil olunması işinə yad deyil.
Və nəhayət, ən mühüm məqam yeni naziri tanıyan insanlar onun milli ruhlu və vətənpərvər olmasını vurğulayır. Zənnimcə, bu gün müharibə edən ölkədə vəzifə təyinatında daha mühüm məhz budur. C.Bayramov ziyalı ailəsində böyüyüb, yaxın qohumlarının bir çoxu Qarabağ döyüşlərində, həmçinin, Başkənd qəsəbəsinin işğaldan azad edilməsi əməliyyatlarında yaxından iştirak ediblər. Uzun illər ərzində Azərbaycan dili və ədəbiyyatını tədris etmiş müəllimə ailəsində böyüməsi, doğma dilimizdə səlis danışması da bu qəbildən olan keyfiyytdir.
Yeni naziri qarşıda çox ciddi işlər gözləyir. Son illər ətalətdə olan, barəsində ciddi tənqidlər və şübhələr ən əsası dövlət başçısının hücum diplomasiyası ilə ayaqlaşmaqda tempi itirmiş olan nazirliyi yenidən formalaşdırmaq, neqativləri tez bir zamanda aradan qaldırmaq. Bütün bunlar isə hərbi əməliyyatların davam etdiyi, gərgin siyasi-diplomatik mübarizə ilə paralel həyata keçiriləcək. Asan olmayacaq, amma bacaracağına inam böyükdür.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər