Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 May 14:55Siyaset
XİN-dən Qarabağ separtçıları ilə bağlı AÇIQLAMA
"Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin "nümayəndəsi"nin Argentinaya səfəri ilə bağlı erməni KİV-lərində yayılmış məlumatlar qanunsuz rejimin təşviqinə hesablanmışdır və özünü aldatmadan başqa bir şey deyildir".
Sonxeber.az istinadən Respublikaxebere xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.
O, "erməni KİV-də qondarma separatçı rejimin "xarici işlər nazirinin" Argentinada görüşlər keçirməsi ilə bağlı məlumat yayılıb. Bunu necə qiymətləndirirsiniz" sualına belə cavab verib: "Qeyd etmək istərdim ki, Argentinanın erməni icmasının Buenos Ayres Universitetinin Hüquq fakültəsində təşkil etdiyi uydurma "erməni soyqırımı"na həsr edilmiş tədbirlərdə iştirak edən separatçı rejim nümayəndəsi Argentinada hər hansı ölkə rəsmisi ilə görüşə nail olmamışdır. Bundan əlavə, Argentinanın "Erməni İnstitutları" adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin 24 aprel 2019-cu il tarixində dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə etmişdir. Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunmuş, digər Dövlətin daxili işinə qarışmama və Dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentina Respublikasının öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ Respublikası" və ya "Artsax"ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır. Bununla əlaqədar, Dağlıq Qarabağın "xarici işlər naziri"nin qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur.
Göründüyü kimi, separatçı rejimin dırnaqarası nümayəndəsi qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən Argentina tərəfindən tanınmadığının bu ölkəyə səfər edərək şəxsən şahidi olub.
Eyni zamanda bildirmək istərdim ki, həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olmuş və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən cıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan etmişdir".

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi