Sorğu
Оцените работу движка

15 İyl 16:47Olke

Vitse-spiker Milli Məclisə hücumdan danışdı: “Təxribatçılar erməniyə bərabərdir”

Vitse-spiker Milli Məclisə hücumdan danışdı: “Təxribatçılar erməniyə bərabərdir”

“Əfsuslar olsun ki, sapı özümüzdən olan baltalar var. Neftin qiymətinin aşağı düşməsinə çırtma çalıb, sevinib-oynayanlar var. Görün, biz necə insanlarla bir ölkənin vətəndaşlarıyıq?! Bu cür insanlarla bir ölkədə yaşamaq olarmı?!”

Oxu.Az-a istinadən Respublikaxəbər.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev Tovuzun Ağdam kəndinin sakinləri ilə söhbətində deyib.

O, Bakıda Qarabağ mitinqləri zamanı bir sıra insanların Milli Məclisdə təxribat törətməsinə də münasibətini açıqlayıb.

Vitse-spiker qeyd edib ki, Azərbaycanın daxilində “beşinci kolona” xidmət edənlər olmasa, biz daha böyük uğurlara imza ata bilərik.

“Dünən xalqımızın ordumuza dəstəyi nümayiş etdirildi. Onların hərəkətinə maneə yaradılmadı. Xalqımız ötən gün bütün beynəlxalq aləmə sübut etdi ki, onlar hər zaman Azərbaycan əsgərinin yanındadır və Ali Baş Komandanın əmrini gözləyirlər”, - deyə o əlavə edib.

O təəssüf hissi ilə bildirib ki, ordumuza dəstək tədbirində təxribata əl atan qüvvələr də oldu.

“İnsanlar tapıldı ki, görülən işlərə kölgə salsınlar. Amma təxribatçıların arzuları ürəklərində qalacaq. Çoxluq ordumuzun tərəfindədir, çoxluq Azərbaycan şəhidinə hörmətlə yanaşırlar. Biz təxribatçı azlığı erməniyə bərabər tuturuq. Sağlıq olsun, biz onlara qarşı da mübarizə aparacağıq. Hüquq-mühafizə orqanları təxribatçılara qarşı tədbir görəcəklər”.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi