Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Mar 11:13Olke
Rusiya-Ukrayna müharibəsi Azərbaycan mətbuatında: Ölkəmizin media siyasəti nümunə kimi göstərilir
Dünyada gündəminin əsas müzakirə mövzusu Rusiya və Ukrayna məsələsidir. Rusiya-Ukrayna müharibəsi dünya mediasını faktiki olaraq iki qütbə bölüb. Bir tərəfdə Ukrayna və yalnız ona informasiya dəstəyi verən Qərb mediası, digər tərəfdə isə Rusiya və yalnız ona informasiya dəstəyi verən tərəfdaşları dayanır. Hər iki tərəf münaqişənin gedişatında informasiya müharibəsinin vazkeçilməz elementi olan feyk xəbərlərdən və məlumatlardan istifadə edirlər.
Dünya mediasının qütblərə parçalandığı məqamda Azərbaycan mediası 44 günlük Vətən müharibəsindən topladığı təcrübə ilə Rusiya Ukrayna müharibəsinə yanaşmada daha obyektiv, tərəfsiz və peşəkar mövqe nümayiş etdirir.
Müharibənin ilk günündən Ukraynaya ezam olunmuş jurnalistlər hadisə yerindən qərəzsiz, dəqiq və eyni zamanda tərəfsiz məlumatlar yayımlayır. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələri həm Ukraynanın, həm də Rusiyanın mövqeyini işıqlandırır. Ölkə mediası obyektiv mövqe nümayiş etdirərək heç bir cəbhədə yer almadan Ukraynada baş verənləri ictimaiyyətə çatdırır.
Amma buna baxmayaraq “Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə Azərbaycanda fəaliyyət göstərən bəzi saytlar Rusiya ərazisində bloklanıb.
Bəs ekspertlər Ukrayna-Rusiya müharibəsi zamanı Azərbaycan mediasının fəaliyyətini necə dəyərləndirir?
Respublikaxeber.az xəbər verir ki, tanınmış media eksperti, professor Qulu Məhərrəmli Manset.az-a bildirib ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycan mətbuatında bütün aspektləri ilə işıqlandırılır:
“Əslində bizim üçün bir neytral ölkə olaraq Ukrayna bizim çox yaxın dostumuz və müttəfiqimizdir, Rusiya ilə yeni müttəfiqlik müqaviləsi imzalamışıq. Ona görə bizim üçün önəmli olan kriteriya həmin proseslərin obyektiv və dürüst işıqlandırılmasıdır. Obyektivlik ondan ibarətdir ki, Rusiya Ukraynanın ərazisinə təcavüz edib, onun torpaqlarını işğal edib, Ukraynadakı hakimiyyəti dəyişmək istəyir və bunu da özünün təhlükəsizliyini təmin etmək adı altında aparır. Bilirsiniz, Ukrayna ərazisində iki yalançı qurum yaradılıb, Donbas, Luqansk, Krım və s. Məhz bunların vasitəsilə - guya bunların polis dəstələri bu müharibədə iştirak edir və s. Yəni, bu aspektlər tamamilə mediada işıqlandırılır.
Media eksperti Rusiya mətbuatından və ya Rusiyameyilli ölkələrin mətbuatından fərqli olaraq Azərbaycan televiziyalarının hadisələri obyektiv şəkildə yayımladığını qeyd edir:
“Bir çox televiziya kanalları, “Youtube” kanalları prosesi daha çox obyektiv işıqlandırır. Digər tip “Youtube” kanallarını xüsusi qeyd etmək olar ki, bunlar həmin yerlərdən xüsusi reportajlar verməklə, xüsusən qaçqınlar haqqında dolğun informasiya verməklə bu proseslər haqqında tamamilə obyektiv və dolğun təssəvvür yaratmağa çalışırlar. Biz bütün məsələlərdə obyektivliyi və bitərəfliyi qoruyub saxlamalıyıq. Media olaraq bizim əsas işimiz bu proseslərin gedişatını dəqiq və obyektiv işıqlandırmaqdır”.
Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan media institutu kifayət qədər peşəkar media institutu kimi formalaşıb. Fəaliyyət prinsipi kimi obyektivliyi və balanslaşdırılmış informasiya siyasətini əsas götürüb:
“Mən düşünürəm ki, Azərbaycan mediası dünyada baş verən hadisələrlə əlaqədar olaraq Azərbaycan ictimai rəyini düzgün, obyektiv iformasiya ilə təmin etməyi bacarır. Doğrudur, bütün hallarda müharibə fövqəladə vəziyyətdir və mediadan da fövqəladə keyfiyyətlər tələb edir. Nəzərə almaq lazımdır ki, indiki dövrdə bütün müharibələr həm də informasiya müharibəsi olması ilə səciyyəvidir. Yaxın qonşuluğumuzda davam edən Rusiya-Ukrayna müharibəsinin işıqlandırılması prosesində Azərbaycan mediası əksər hallarda öz obyektivliyini qoruya bildi, Azərbaycan cəmiyyətini obyektiv və balanslı informasiya ilə təmin etməyi bacardı. Yəni, müharibə aparan hər iki tərəfin məlumatları və hər iki tərəfin yaydığı informasiyanı balanslı şəkildə Azərbaycan cəmiyyətinə təqdim etdi. Heç bir halda tərəf tutmadan bu peşəkar öhdəliyini yerinə yetirməyi bacardı”.
Millət vəkili Ukrayna-Rusiya münaqişəsi dövründə Azərbaycan mediasının fəaliyyətini dünya mətbuatına bir nümunə kimi dəyərləndirib.
Ekspertlərin fikrincə, hazırda Azərbaycanda media ilə bağlı qanunvericilik bazasını yenilənib. Medianın fəaliyyəti üçün hüquqi baza hazırdır. İndi dövlət orqanları ilə media arasında doğru kommunikasiya qurulub. Bu isə sərbəst, azad media mühiti yaratmaqla bərabər, dünyada və ölkəmizdə baş verən hadisələri böyük auditoriyaya çatdırmağa effektiv zəmin yaradacaq.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi