Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Mar 09:48Ic-Siyaset
Azərbaycan saytları hədəfdə - Moskva bizə nəyin mesajını verir?
Deputat: “Bu, hibrid müharibənin bir qoludur”;hüquqşünas: “Jurnalistlərimizin Rusiya qarşısında hər hansı öhdəliyi yoxdur...”
“Roskomnadzor” Rusiya-Ukrayna müharibəsi məsələsində obyektiv mövqe tutan, işğala məruz qalanın yanında olan Minval.az və Haqqin.az rusdilli saytları Rusiya ərazisində bloklayıb. Məlumata görə, qərarın “İnformasiya, informasiya texnologiyaları və informasiyanın müdafiəsi” haqda federal qanun əsasında çıxarıldığı deyilir. Az öncə Musavat.com saytı Rusiyada bloklanmışdı.
Ukraynaya hərbi təcavüz başlayandan bir qədər sonra isə rusiyalı tarixçi-ekspert Oleq Kuznetsov məsələdə Rusiyanın mövqeyinə əks mövqe tutan Azərbaycan KİV-lərinin rəhbərlərinə hədələyici tonda xəbərdarlıq eləmişdi. Lakin Oleq Kuznetsov özünün sosial şəbəkədəki hesabında hədə ünvanlarını konkretləşdirməyib.
Ukrayna ilə müharibə ərəfəsində qonşu dövlətdə yeni qanun qəbul olunub. Həmin qanuna görə, Rusiya Silahlı Qüvvələri barədə rəsmi məlumatlardan fərqli məlumat yayan KİV nümayəndələrinin cəzalandırılması nəzərdə tutulur. Oleq Kuznetsov yeni qanuna əsaslanaraq vurğulayıb ki, Ukrayna mənbələrinə istinad etməklə xəbər yayan KİV-lərin baş redaktorları barəsində cinayət işi başlanmaqla həbsli axtarış elan olunacaq və həmin şəxslər beynəlxalq axtarışa veriləcəklər. O, Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu vurğulamaqla barəsində beynəlxalq axtarış elan edilmiş şəxslərin Rusiya tərəfinə verilməsinin də qaçılmaz olduğunu açıqlayıb.
Azərbaycan jurnalistlərindən Rusiya səfirliyinə — Müraciət.
Bəs Azərbaycan mənşəli rusdilli saytlara, həmçinin obyektiv mövqe tutan digər Azərbaycan dilli saytlara da eyni təhlükə varmı? Ümumiyyətlə, Rusiya bununla bizə nə demək istəyir? Bu Moskvanın müstəqil media ilə yanaşı, rəsmi Bakının da mövqeyindən narazılığınamı işarədir?
Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a deyib ki, bir dövlət müharibə aparırsa, xüsusi əməliyyat keçirirsə, mətbuata, mətbuatda gedən yazılara diqqətlə yanaşmalıdır: “Azərbaycan müharibə apardığı bir dönəmdə mətbuatla bağlı qanuna dəyişiklik etdik. Çünki insanlar sosial şəbəkələrdə müharibə ilə əlaqəli xəbərləri şişirtməklə, həqiqətə uyğun olmayan məlumatları həqiqət kimi təqdim etməklə, maraq doğuran hadisələri, bildiklərini və bilmədiklərini yayırlar. Belə xəbərlər mətbuata da ”ayaq" açır. Bundan başqa, qoşunların dislokasiyası, ağır zirehli texnikaların hərəkəti barədə məlumatlar hərbi sirrin açılmasına gətirib çıxarır. Belə hallar düşmənə kütləvi informasiya verməkdir. Kimin hansı niyyətlə o xəbərləri yayması da çox vaxt bilinmir. Belə xəbərləri yayan saytın həqiqi, yoxsa məhz dezinformasiya yaymaq üçün meydana atıldığı da bilinmir".
Bəxtiyar Sadıqovun sözlərinə görə, müharibə dövründə paralel olaraq informasiya müharibəsi də gedir: “Belə hallarda hər hansı bir dövlətin öz ərazisində yayımlanan saytları bloklamasını haradasa doğru hesab edirəm. Rusiyanın təkcə Azərbaycandan yayımlanan saytları deyil, baş ofisləri digər ölkələrdə olan, Rusiya ərazisində yayım aparan əksər saytları bloklaması xəbəri var. Yəni bloklanma təkcə Azərbaycanla əlaqəli deyil. Rusiya ilə Ukrayna ərazisində tezliklə sülh müqaviləsinin bağlanmasını arzu edirik ki, problemlər arxada qalsın, mətbuat və söz azadlığına qadağalar götürülsün”.
Ancaq Rusiyanın Azərbaycanın rusdilli saytlarını blokladığı bir vaxtda Ukrayna analoji addımlar atmır. Əksinə, jurnalistlərin müharibə zonalarında işləmələrinə imkan yaradılır, müharibə səhnələri hətta canlı yayımlar üzərindən nümayiş etdirilir. Belə olduqda Rusiyanın saytları bloklaması doğru addımdır, yoxsa Ukraynanın söz və mətbuat azadlığına yanaşması?
Bəxtiyar Sadıqov: "Azərbaycana gəlmək istəyən hər kəs ölkə qanunlarına əməl etməlidi".
Bəxtiyar Sadıqov deyir ki, Ukranyanın vəziyyəti ilə Rusiyanın durumu fərqlidir: “Yəni müharibə aparan hər bir tərəf informasiya siyasətini özü müəyyən edir. Ukrayna hesab edir ki, hərbi əməliyyatların gedişi bütün dünyaya yayılmalıdır, xüsusən ərazisindəki dağıntıları dünya görməlidir, bunun üçün mətbuata şərait yaradır. Bu, hibrid müharibənin bir qoludur. Ukrayna mətbuatdan yayarlanmaq qərarını verib. NATO ölkələri Rusiyanı işğalçı müharibə aparmaqda suçlandırırlar. Ukrayna itki verən tərəfdir. Şəhərləri bombalanır, raket atəşinə tutulur. Belə olan halda Ukraynaya belə hallarla bağlı materialların yayımlanması sərf edir. Bu da onun haqqıdır”.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, mətbuat öz işini görür və buna görə baş redaktorların həbslə hədələnməsi qanunsuzdur: “Məlumatsızlıq daha böyük bəladır, nəinki məlumatlı olmaq. Rusiyanı inkişafdan saxlayan elə belə qadağalardır. Jurnalistləri, bloqerləri hədələməklə, həqiqətləri gizlətməklə uzağa getmək olmaz. Nəinki müharibə dövründə, elə dinc dövrdə də saytlara girişi məhdudlaşdırmaq ən ağılsız addımdır. Texnologiyaların inkişafının bu çağında Rusiyanın tətbiq etdiyi qadağalar mənasızdır. Çünki smartfonlarda, kompüterlərdə belə qadağalardan yan keçmək üçün xeyli proqramlar var. O ki qaldı Azərbaycan jurnalistlərinin Rusiya qanunları ilə həbsi məsələsinə, bu da ağlasığmaz məsələdir. Azərbaycanlı jurnalistlərin Rusiya qarşısında hər hansı öhdəliyi yoxdur. Müttəfiqlik haqda Bəyannamə o demək deyil ki, Rusiyanın milli qanunvericiliyi Azərbaycan xalqına da şamil edilə bilər. Bu, tam absurddur”.
Hüquqşünas deyir ki, söz və ifadə azadlığı insanların haqqıdır və hər kəs istədiyi məlumatı ala, yaya bilər: “Rusiya öz maraqlarından çıxış edərək Ukraynaya qarşı ədalətsiz müharibə aparır. Bu gün Ukrayna şəhərləri, kəndləri bombalanır, ”xüsusi əməliyyat" adı altıda Ukrayna xalqına divan tutulur. Azərbaycan jurnalistləri də bütün bunların fonunda obyektiv gerçəklikləri yazır, yayır. Əgər azərbaycanlı jurnalist yalan xəbər yayırsa belə, Rusiyanın Azərbaycandakı səfirliyi təkzib versin. Məsələn, paytaxt Kiyev daxil olmaqla Mariuopol, Xarkovdakı dinc əhalinin yaşadığı binalar aviabombalarla dağıdılır. Mariupol şəhərinin 90 faiz dağıdılması xəbərləri var. Azərbaycanlı KİV nümayəndələrini beynəlxalq axtarışa vermək mexanizmi də yoxdur. Sadəcə KİV nümayəndələrini qorxutmaq istəyirlər. Azərbaycan mətbuatı gerçəklikləri yazmaqda davam etməlidir".
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi