Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Mar 10:00Olke
"Azərbaycan son beş ildə ən çox silahı bu ölkədən alıb" - SİPRİ
Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutu (SİPRİ) 2017-2021-ci illər üçün qlobal silah ticarətinin vəziyyəti haqqında yeni hesabat dərc edib.
Respublikaxeber.az "Report”a istinadən xəbər verir ki, hesabata əsasən dünyada ABŞ və Rusiya əsas silah ixracatçıları olaraq qalırlar.
Hesabata görə, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə dünyada silah ticarətinin ümumi həcmi 4,6% azalıb. Eyni vaxtda Avropa, Şərqi Asiya və Okeaniyaya hərbi məhsulların idxalı isə artıb.
ABŞ və Fransada hərbi ixracatda ciddi artım müşahidə olunub. Avropaya silah idxalı 19%, Şərqi Asiya regionuna 20%, Okeaniyaya isə 59% artıb.
2017-2021-ci illərdə Rusiya 45 ölkəyə silah tədarük edib. Amerika 2012-2016-cı illərlə müqayisədə ixracatı 2017-2021-ci illərdə 14% artıraraq qlobal həcmdəki payını 32%-dən 39%-ə yüksəldib.
Müvafiq illərdə Fransa hərbi ixracını artıraraq qlobal həcmdəki payını 11%-ə çatdırıb. Bu da ona dünya reytinqindəki üçüncü yeri təmin edib. 2017-2021-ci illərdə silah ixracı reytinqində Çin dördüncü, Almaniya isə beşinci yerdə qərarlaşıb.
Azərbaycan isə 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub. Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları İsrail (61%), Rusiya (22%) və Belarusdur (6,6%).
Qeyd edək ki, Azərbaycan İsraildən AIL Storm ("Sufa”) nəqliyyat vasitəsi, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik "Atmos-2000”, "Semser” haubitsası, 120 mm-lik "Cardom” minaatanı, İMİ Shipon və "Spayk” tank əleyhinə raketləri, UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfəngləri, "Harop” silahlarını, "Heron” və "Hermes” tipli pilotsuz uçuş aparatlarını, "Barak-8” ZRK raketini, "Sand Cat” və "Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarını, T-72SİM1 tankını, hava hücumuna və raket hücumlarına qarşı "Dəmir gümbəz” komplekslərini alıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ