Sorğu
Оцените работу движка

10 Fev 13:50Hərbi

Azərbaycana yeni analoqsuz silah gəlir – FOTO

Azərbaycana yeni analoqsuz silah gəlir – FOTO


Azərbaycanla Türkiyə arasında imzalanmış, müştərək müdafiə kompleksi olan Şuşa Bəyannaməsi dünyada yeni nizamın yaradılmasının forma və məzmununa verilən birgə strateji reaksiyasıdır.

Şuşa Bəyannaməsinin hərbi tərəflərində birgə istehsal sahələrinin yaradılması üçün layihələrin həyata keçirilməsinə dair bənd var.

Azərbaycanın 44 günlük Vətən müharibəsində tətbiq etdiyi Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz zərbə aparatları müasir hərb tarixinin səhifələrində dərin izlər buraxmaqdadır.

“Bayraktar” şoku səngiməmiş isə “Baykar” şirkəti 2021-ci ilin başlanğıcından etibarən “Akıncı” silahlı pilotsuz aparatları barədə anons verdi, bu silah texniki xüsusiyyətlərinə görə “Bayraktar”dan da üstün keyfiyyətlərə malikdir.

“Akıncı”nı “Bayraktar”dan üstün edən cəhətlərin bəzilərini təqdim edirik:

1. “Bayraktar”ın daşıdığı ağıllı mərmilərin sayı 4-dür, “Akıncı” isə 6 ədəd ağıllı raket daşımaq gücünə malikdir,

2. “Akıncı” 1350 kiloqram faydalı yük daşımaq potensialına sahibdir,

3. Hava-yer tipli raketlərlə yanaşı, hava-hava tipli raketlərlə təchiz olunur,

4. “Akıncı” 40 min fut (təxminən 13 km) yüksəkliyə qədər qalxa bilir,

5. “Akıncı” pilotsuz təyyarələri dəniz hədəflərini də izləyib məhv etmək qabiliyyətindədir.

Üçüncü bənd üzərində xüsusi dayanmağa ehtiyac var. Nəzərə alaq ki, hazırda dünyada hava hücumundan müdafiə üçün istifadə edilən silahlar zenit-raket sistemləridir.

Bu dəfə isə “Akıncı” da hava sahəsinin mühafizəsini həyata keçirmək və hava döyüşü aparmaq imkanlarına sahiblənir.

“Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar AzTV-yə müsahibəsində müasir hərb tarixinə analoqsuz xüsusiyyətləri ilə daxil olan “Akıncı”ların Azərbaycanda istehsal edilə biləcəyini deyib.

Bayraktarın açıqlamasından anlaşılır ki, hazırda bu istiqamətdə birgə danışıqlar davam edir və proqnozlaşdırmaq mümkündür ki, artıq Azərbaycanda “Akıncı” istehsal ediləcək.

Bu, Şuşa Bəyannaməsinin bəndlərindən birinin icrasıdır, görünür ki, Azərbaycanla Türkiyə sənədin bütün bəndlərinin icrasını qarşıya məqsəd qoyub.

Əgər “Akıncı” Azərbaycanda istehsal olunmasa, onun Türkiyədən tədarükü baş tutacaq.

“Akıncı”nın Azərbaycan üçün verdiyi hərbi-strateji üstünlük:

1. Azərbaycanda Rusiya istehsalı, İsrail istehsalı olan hava hücumundan müdafiə sistemləri mövcuddur, xüsusilə İsraildən tədarük olunan bu qəbildən silahlar daha spesifikdir. İndi isə “Akıncı” ilə hava məkanının mühafizəsi daha da gücləndirilmiş rejimə keçəcək.

2. Azərbaycan bununla dəniz sərhədlərində də strateji müdafiə üstünlüyü əldə edəcək.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: