Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Fev 15:58Olke
Aykut Ərdoğdu Azərbaycan xalqından ÜZR İSTƏDİ
Xəbər verdiyimiz kimi Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdu Azərbaycan əleyhinə ittihamedici açıqlamalar verib. Azərbaycan Xarici İşlər Nazirliyi bu açıqlamalara sərt reaksiya verib və CHP-dən üzrxahlıq gözlədiklərini bildirib.
Respublikaxeber.az xəbər verir ki, Ednews məsələ ilə bağlı CHP millət vəkili Aykut Ərdoğdudan eksklüziv açıqlama alıb. Ərdoğdu hədəfinin Azərbaycan olmadığını, Azərbaycanı dost, qardaş bir ölkə olaraq gördüyünü bildirib:
“Doğrusu, Azərbaycan Xarici İşlər Nazirliyinin haqqımdakı bəyanatı və haqqımda yazılanlar, deyilənlər məni məyus etdi. Azərbaycanın Türkiyədəki səfiri mənə zəng edib, narazılığını bildirsəydi, məqsədim bu deyil deyib, dərhal yazımı düzəldərdim. Biz qardaşıq, hətta Azərbaycan XİN-i məni ittiham etsə, mən məyus olsam da Azərbaycandan, azərbaycanlılardan küsə bilmərəm”.
Türkiyəli millət vəkili həmçinin qeyd edib ki, mən yazılarımda nə cənab İlham Əliyevi, nə Azərbaycan hökumətini, nə də Azərbaycan xalqını hədəfə almışdım.
“Mənim hədəfimdə müxalif olduğum hökumət var idi. Mən bilirəm ki, azərbaycanlıların bu məsələdə heç bir günahı yoxdur. SOCAR bizim üçün, Türkiyə üçün çox vacib bir şirkətdir. Ərdoğanla siyasi mübarizə aparıram. Əgər mənim açıqlamalarımdan bir nəfər belə olsun azərbaycanlı inciyibsə çox məyus olaram”.
A.Ərdoğdu həmçinin onu erməni lobbisi ilə əməkdaşlıqda ittiham edənlərə belə cavab verib:
“Məni erməni lobbisi ilə əməkdaşlıqda ittiham edirlər. Çox inciyirəm. Mənim əslim Ərzurumdan, Qarsdandır. Mənim babalarımı ermənilər qətl edib. Mən necə ermənilərlə əməkdaşlıq edə bilərəm? Heç kim bunu deyə bilməz”.
Ərdoğdu həmçinin partiyasının Azərbaycana qarşı mövqeyini belə izah edib:
“Bizim partiya iqtidara gəldikdən sonra da biz Azərbaycanı dəstəkləməyə, müttəfiqlik münasibətlərini inkişaf etdirməyə çalışacağıq. Partiyamızda kimin, nə vaxt, nə deməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Türkiyə üçün strateji əhəmiyyətə malik, müttəfiq, qardaş ölkədir. Şuşa bəyanatı Türkiyə parlamentində müzakirəyə çıxarılanda bizim partiyamız yekdilliklə lehinə səs verdik. Partiyamızın Azərbaycana qarşı mövqeyi bundan ibarətdir”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ