Sorğu
Оцените работу движка

05 İyl 10:46Olke

Koronavirusdan sağalandan sonra xəstəliyin orqanizmdə qalıcı fəsadları açıqlandı

Koronavirusdan sağalandan sonra xəstəliyin orqanizmdə qalıcı fəsadları açıqlandı

Bəzi pasiyentlər koronavirusdan sağalandan sonra da xəstəliyin bəzi əlamətlərini uzun müddət özündə hiss edir.
RBK-nın məlumatına görə, Harvard Universitetinin professoru Tobias Kurt bu barədə xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, bəzən gənclər xəstəlikdən bir neçə ay sonra da idmanla məşğul ola bilmirlər, çünki onlarda zəiflik müşahidə olunur və nəfəs almaqda çətinlik çəkirlər.
Kurt bu ağırlaşmaların xroniki hala gələ biləcəyi, yaxud zaman keçdikcə yoxa çıxacağını iddia etmək üçün virusun hələ kifayət qədər ətraflı öyrənilmədiyini vurğulayıb.
O deyib ki, infeksiyanın xroniki nəticələrə səbəb ola biləcəyi təsdiqlənərsə, elm adamları simptomların yaranma riskini azaldacaq vasitələr hazırlamalı olacaqlar.
Bundan əvvəl Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri koronavirusa yoluxanların ömrünün sonuna kimi onun nəticələrindən əziyyət çəkə biləcəyini demişdilər.
Onlar koronavirusla yanaşı başqa xəstəlikləri olmayan bəzi orta yaşlı xəstələrin belə, sağalandan sonra əmək qabiliyytini itirdiklərini və xroniki yorğunluqdan əziyyət çəkdiklərini  vurğulayıblar.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: