Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 İyn 15:53Olke
Deputat əhaliyə səsləndi: “Güclü ictimai qınaq olmalıdır”
“Prezident İlham Əliyevin Gəncəyə səfəri çox əlamətdar açılışlarla yadda qaldı. Ən çox diqqət mərkəzində olan isə sayca beşinci modul tipli xəstəxananın açılışı idi”.
Bunu Oxu.Az-a istinadən Respublikaxəbər.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.
İyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər.
Açılışda çıxış edən Prezident İlham Əliyev qapalı məkanlarda tibbi maska taxmağın zəruriliyindən danışıb.
Dövlət başçısı qeyd edib ki, koronavirusla mübarizədə dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır.
N.Həmzəyev bildirib ki, Prezident nitqində koronavirusla mübarizədə vətəndaşların üzərinə düşən məsuliyyəti xatırladıb.
Onun fikrincə, Prezidentin çıxışı zamanı cibindən maska çıxararaq onun qapalı məkanlarda taxılmasının vacibliyinə toxunması vacib məsələdir.
“Prezident dedi ki, o özü maska taxırsa, niyə başqaları taxmır və ya bunu özlərinə ayıb bilirlər”, - N.Həmzəyev əlavə edib.
Deputat söyləyib ki, koronavirusla mübarizədə məsuliyyətsiz vətəndaşlara qarşı ictimai qınaq güclü olmalıdır:
“Yalnız polislərin xidmət aparması ilə vətəndaşları maska taxdmağa məcbur etmək olmaz. Cənab Prezidentin dediyi kimi, burada ictimai qınaq da böyük rol oynayır. Ölkə başçısı xüsusilə gənclərə çağırış etdi ki, tibbi maskadan istifadə etsinlər”.
Qeyd edək ki, Prezident açılışda gənclərlə bağlı belə deyib:
“Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydir bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı, sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu cinayətdir. Ona görə, ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi