Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 İyn 17:20Olke
Koronavirusa yoluxan jurnalistlər xəstəxanaya yerləşdirildi - YENİLƏNİB
Azərbaycanda koronavirusa yoluxan iki jurnalist 1 saylı Klinik Tibbi Mərkəzə köçürülüblər.
Oxu.Az-a istinadən Respublikaxəbər.az-ın məlumatına görə, bir neçə gün əvvəl Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva, eyni zamanda, bacısı, “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva COVID-19-a yoluxublar.
Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxan iki jurnalistin vəziyyətinin ağır olduğuna dair paylaşımlar edilir.
Oxu.Az-a istinadən Respublikaxəbər.az xəbər verir ki, bu barədə jurnalistlər tərəfindən müxtəlif müraciətlər, statuslar paylaşılır.
Bir neçə gün öncə koronavirusa yoluxan “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva, onun qardaşı, Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.
Test nəticələri müsbət çıxan üç nəfər Atletlər kəndinə yerləşdirilib. Lakin onların vəziyyətinin ağır olduğu, lazımi həkim müdaxiləsinin edilmədiyi deyilir.
Müşfiq Abdullayev sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşıb və qeyd edib ki, təcili tibbi yardım əməkdaşları onları xəstəxanaya aparacağını desələr də, Atletlər kəndinə gətiriblər.
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirib ki, sözügedən jurnalistlərlə bağlı zəruri tapşırıqlar verilib:
“Qeyd etdiyiniz jurnalistlərlə bağlı məsələ aidiyyəti şöbəyə yönləndirilib. Prosedur qaydalarına uyğun şəkildə lazımi tədbirlər görüləcək”.
Xatırladaq ki, daha əvvəl jurnalistlərdən “ARB 24” telekanalının əməkdaşı Azər Ağayev, eləcə də, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailə üzvləri COVID-19-a yoluxub. Onların müalicələri davam etdirilir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi