Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Dek 10:41Olke
Azərbaycanda bu borcu hökumət ödəyəcək
Mərkəzi sistemdən istiliklə təmin olunan evlərin istilik təchizatı kəsilməyəcək. Çünki “Azəristiliktəchizat”ın “Azəriqaz”a yaranan borcunu dövlət ödəyəcək. Bu məqsədlə ilkin olaraq 12 milyon manat ayrılıb. Bir neçə ildir ki, iki qurum arasında borc qalmaqalı yaranır və bundan vətəndaş əziyyət çəkir. Üstəlik borcun dövlət tərəfindən ödənilməsi büdcə üçün də ayrı bir yükdür.
Problemin səbəbləri nələrdir və həlli üçün nə lazımdır?
Respublikaxeber.az xəbər verir ki, “Azəristiliktəchizat” ilə “Azəriqaz” arasında yaranan borc qalmaqalına dövlət müdaxilə edib. Həmin borcun ödənməsini dövlət öz üzərinə götürüb.
“Azəriqaz”ın şöbə rəisi Eldəniz Vəliyev bildirib ki, dövlət ilkin mərhələdə borcun 12 milyon manatının ödənməsini təmin edib.
Bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur. Ancaq maraqlısı odur ki, hər ilin bu vaxtları “Azəristiliktəchizat”ın “Azəriqaz”a küllü miqdarda borcu olduğu üzə çıxır. İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, bu problemin kökündən həll edilməsi üçün kompleks tədbirlərə ehtiyac var
Bundan başqa tarif şurasının qəbul etdiyi qərarların ”Azəristiliktəchizat”ın göstərdiyi xidmətlərin maya dəyərinə təsirləri ölçülməli və buna uyğun addımlar atılmalıdır. Bütün hallarda vətəndaşların əziyyət çəkməmələri üçün bu məsələ yay mövsümündə gündəmə gətirilməli və həlli prosesi həyata keçirilməlidir.
”Azəristiliktəchizat”ın xidmət rəisi Rafiq Əliyev də borcunun yaranmasının səbəblərini açıqlayıb.
Qeyd edək ki, əksər hallarda yığılan debitör borc dövlət tədəfindən ödənilir ki, vətəndaşlar bundan əziyyət çəkməsin. Bu isə büdcəyə ciddi yük deməkdir. Rafiq Əliyev bildirdi ki, borc sarıdan bütün qaranlıq məsələləri araşdırmaq üçün 3 qurumun iştirakı ilə işçi qurupu fəaliyyətə başlayıb və həmin məsələlər tam aydınlaşdırılacaq.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ