Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Avq 07:33Bolge-Xeberleri
Məcburi köçkün problemi qurtardımı?
Respublikaxeber.az Teref.az-a istinadən xəbər verir ki, Müharibədən sonra məcburi köçkün şəhərciklərinə isti su verilmir, qışda istilik təchizatı da dayandırılacaq...
Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlət məcburi köçkünlərlə bağlı siyasətinə ciddi dəyişikliklər edib. Müharibə başa çatan kimi, müxtəlif şəhər və rayonlarda məcburi köçkünlər üçün inşa edilən binalar və yaşayış komplekslərinin şəhid ailələrinə verilməsi qərara alınıb. Halbuki həmin binalara köçürüləcək məcburi köçkünlərin siyahısı da dəqiqləşdirilmişdi və cəmi bir neçə aya ailələr rahat mənzillərə köçürüləcəklərini gözləyirdilər. Otuz ilə yaxındır yataqxanalarda, zirzəmilərdə və yarımçıq tikililərdə ağır şəraitdə yaşayan məcburi köçkünlər üçün tikilən bina və yaşayış kompleksləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Hökumətin bu qərarı məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı ərazilərdə mənzil-məişət şəraiti ilə bağlı daha bir problem yaradıb. Belə ki, müharibədən az sonra – aprel ayından “Azəristiliktəchizat” ASC məcburi köçkünlərin yaşadığı şəhərciklərə isti suyun verilməsini dayandırıb. Bu isə məcburi köçkünlər arasında ciddi narahatlığa səbəb olub. Belə ki, məcburi köçkünlər üçün salınan yeni qəsəbələrin onlara deyil, şəhid ailələrinə verilməsi, üstəlik, hazırda məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə isti su təchizatının dayandırılması 44 günlük müharibədən sonra dövlətin bu təbəqədən olan əhaliyə qayğısının azalması kimi dəyərləndirilir. Cəmiyyətdə “torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanda məcburi köçkün problemi həll olundumu?” ritorik sualı tez-tez səsləndirilir.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Press Klub”a açıqlamasında bildirdi ki, belə davam edərsə, məcburi köçkün şəhərciklərinə isti suyun verilməsi bərpa olunmayacaq. Üstəlik, üzümüzə gələn qış məcburi köçkünlərin yaşadığı mənzillərə istilik də verilməyəcək. Buna səbəb isə isti su və istilik xidmətlərinə görə yığılıb qalmış borcların ödənilməməsidir.
“Belə işləmək bizə də sərfəli deyil”.
“Son 4 ildə məcburi köçkünlərin isti su və istilik təchizatı üzrə böyük məbləğlərdə borcu yaranıb. Bu səbəbdən biz respublikanın bütün bölgələrində yerləşən məcburi köçkün şəhərciklərində isti su təchizatını dayandırmışıq. Prezidentin müvafiq sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən məcburi köçkünlər istehlak etdiyi isti suyun dəyərini özləri ödəməlidir. Ancaq həmin tarixdən ümumi ödəniş cəmi borcların 2 faizindən də aşağıdır. Qərara alınıb ki, yığılıb qalmış borclar ödənməyincə isti su verilməyəcək. Bununla bağlı məcburi köçkünlərə bir neçə dəfə xəbərdarlıq etmişik. Eyni zamanda, problemin həlli üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişik, hökumətə yazmışıq. Son nəticədə hamının rəyi bu olub ki, məcburi köçkünlər borcları ödəməlidir. Amma heç kim ödəmədi, buna görə bütün məcburi köçkün şəhərciklərində isti suyun verilməsini dayandırdıq”, – deyə Rafiq Əliyev qeyd etdi.
“Azəristiliktəchizat” rəsmisi deyir ki, vəziyyət bu cür davam edərsə, payız-qış mövsümündə mənzillərin istilik təchizatı da dayandırılacaq. Onun fikrincə, indiki halda problemin həlli yolu yoxdur:
“Çünki bununla bağlı müraciət etdiyimiz hökumət strukturlarında bizə deyirlər ki, isti su tarifləri dövlət tənzimləməsindən çıxarılıb, əgər istehlakçılar borcları vaxtlı-vaxtında ödəmirsə, təchizatı dayandırın. Yəni “Azəristiliktəchizat” tərəfindən hökumətə müraciət etməyin əhəmiyyəti yoxdur. Əhali borclarını ödəmirsə, qazanxanaların saxlanması xərclərini ödəyə bilmirik, işçilərə maaş verə bilmirik. Ona görə də məcburi köçkünlər öz mənzillərində “Ariston” və ya digər qızdırıcılar quraşdırmaqla, problemlərini fərdi qaydada həll etməlidir. Çünki isti su tarifləri çox yüksəkdir, belə qiymətlərlə mərkəzləşdirilmiş qaydada isti suyun verilməsi nə bizə, nə də vətəndaşa sərf edir. Bizə ona görə sərf eləmir ki, abonentlər borclarını ödəmədiyindən, qazanxanaların xərclərini qarşılaya bilmirik, vətəndaşlara isə ona görə sərf eləmir ki, fərdi qaydada təchizatı dayandırmaq mümkün olmadığından borca görə təchizat dayandırılanda xidmət haqqını vaxtlı-vaxtında ödəyənin də hüququ pozulur”.
Mənzillərdə “smart” tipli sayğac qoyulsa…
Rafiq Əliyev hesab edir ki, bu problem yalnız yığılmış borcların ödənişini hökumətin öz üzərinə götürməsi və mənzillərin yenidən sayğaclaşdırılması yolu ilə həll oluna bilər:
“Əgər hökumət bu öhdəliyi öz üzərinə götürsə və bütün mənzillərə “smart” tipli isti su sayğaclarının qoyulması üçün vəsait ayırsa, problemi həll etmək mümkündür. Mən bu problemin həllinin başqa yolunu görmürəm”.
Xatırladaq ki, 2017-ci ilədək məcburi köçkünlərin bütün kommunal xidmət haqları, o cümlədən isti su və istilik təchizatı üzrə borcları dövlət tərəfindən ödənilirdi. Həmin ildən bu təbəqədən olan əhaliyə verilən “çörəkpulu” müavinəti dayandırılıb və əvəzində adambaşına 60 manat olmaqla, vahid aylıq müavinət təyin olunub. Bundan sonra məcburi köçkünlərin bütün növ kommunal xidmət ödənişləri onların öz üzərinə qoyulub. Lakin isti su və qış aylarında mənzillərin qızdırılması üzrə uçotun aparılması və xidmət haqlarının hesablanması qaydası istehlakçılarla təchizatçı tərəf arasında mübahisə yaradıb.
“Azəristiliktəchizat” bəyan edir ki, məcburi köçkünlərin 2017-ci ildən bəri bu quruma 4-5 milyon manat civarında borcu yaranıb. Rafiq Əliyevin sözlərinə görə, problemin həlli ilə bağlı son bir neçə ayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə aparılan danışıqlar nəticəsiz olub:
“Biz məcburi köçkünləri bir daha xəbərdar edirik ki, 4-5 milyon manat civarında borc tam şəkildə ödənilməyincə, onların yaşadıqları mənzillərə isti su və istilik verilməyəcək. Müşahidələr göstərir ki, vətəndaşlar bu borcları ödəmək fikrində deyil. Belə olan halda, “Azəristiliktəchizat” yüksək tariflərlə dövlətdən aldığı isti suyu vətəndaşlara necə pulsuz versin?!”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, 2017-ci ilədək məcburi köçkünlərin kommunal xərcləri komitə tərəfindən mərkəzləşdirilmiş qaydada ödənilib. 2017-ci il yanvarın 1-dən “Azəristiliktəchizat” ASC ilə istehlakçılar arasında müvafiq xidmət müqavilələrinin bağlanmaması səbəbindən ödənişlərin həyata keçirilməsində ciddi çətinliklər yaranıb.
Digər bir səbəb kimi məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış komplekslərində fərdi qaydada sayğacların quraşdırılmaması göstərilir. Yaranmış borca görə “Azəristiliktəchizat” ASC tərəfindən məcburi köçkün şəhərciklərinə isti suyun verilməsi dayandırılıb. Bununla əlaqədar yerli icra hakimiyyəti orqanları ilə danışıqlar aparılıb, problemin həll yolunun tapılması üçün Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciətlər göndərilib. Bu müraciətlərə nə vaxt və necə cavab veriləcəyi isə bəlli deyil…
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi