Yeni XəbərLər
				
				
					
	“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
	31.12
	"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
	19.10
	Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
	20.09
	Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
	20.09
	FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
	14.09
	BAKIDA BU YOLLARDA SIXLIQ VAR
	12.09
				
			
					Arxiv
				
				
			
					Sorğu
				
				Оцените работу движка
		11 Dek 20:11Olke
	
	Şəhid anasının şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Mingəçevir rayonundan olan Vətən müharibəsi şəhidi Rüstəmzadə Emin Firqət oğlunun anası Kəmalə Rüstəmova 4 aydır ki, əlilliklə bağlı pensiya ala bilmədiyini deyir. İki dəfə onkoloji xəstəlik səbəbindən əməliyyat olunan ana şəhid övladının iki azyaşlı qızı ilə birlikdə yaşayır.
Respublikaxeber.az xəbər verir ki, şəhid anasının sözlərinə görə, dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, pensiyası bərpa olunmur: “II qrup əlil kimi pensiya alırdım. Dedilər pensiyamın bərpası üçün yenidən yoxlanışdan keçməliyəm. Keçdim, amma yenə də pensiyamdan səs-soraq yoxdur. Həyat yoldaşım dəfələrlə pensiyaya görə Fonda müraciət edib. Amma telefon zənglərimizə cavab vermirlər”.
K. Rüstəmova bildirib ki, şəhid övladının Vətənə əmanət qoyub getdiyi iki övladı onların öhdəliyindədir. Amma pensiyanın kəsilməsinə görə uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, Mingəçevir şəhər sakini, şəhid ailəsinin üzvü Rüstəmova Kəmalə Vahid qızına tibb müəssisəsinin göndərişi əsasında hələ bu il noyabrın 22-də təkrar olaraq II dərəcə əlillik təyinatı aparılıb və əlilliyə görə də sosial ödəniş təyin edilib:
“Eyni zamanda, əvvəlki əlillik müddəti bitdiyi tarixdən sonra 6 ay ərzində ona təkrar əlillik təyinatı aparıldığı üçün aradan qalan müddət üçün də ödənişi həyata keçiriləcək. Şəhid ailəsinin üzvü kimi Kəmalə Rüstəmovaya Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü də ödənilir. Əlilliyə görə sosial ödəniş də bu aydan həmin təqaüd kartına köçürüləcək”.
Qeyd edək ki, şəhid Rüstəmzadə Emin Firqət oğlu Suqovuşan uğrunda döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Suqovuşanın azadlığı uğrunda”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Ailənin yeganə oğul övladı olan E. Rüstəmzadənin iki azyaşlı qızı – İnci və Nuray ondan yadigar qalıb.
Yorum ekle
		
						Xəbərlər
						
						
							“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
						
					
							Istifadəçi Girişi
						
						
					
							Populyar Xəbərlər
						
						

	
	