Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Sen 15:56Olke
Ehtiyatda olan zabitin əlilliyə görə müavinəti kəsilib? - AÇIQLAMA
Ehtiyatda olan zabitin əlillik dərəcəsinə görə aldığı pensiya kəsilib.
Bu barədə Respublikaxəbər.az-a Süleymanov Fərrux David oğlu özü məlumat verib.
Ehtiyatda olan zabitin sözlərinə görə, o 2008-ci ildən ordudan tərxis olunub:
“Mən xidməti vəzifəmin icrası zamanı xəsarət aldığım üçün ordu sıralarından tərxis olunmuşam və ikinci qrup əlillik dərəcəsi almışam. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən mənim ikinci qrup əlillik şəhadətnaməm ləğv edilib. Hər il bir dəfə əlillik dərəcəsini təsdiqlətmək üçün həkim komissiyasından keçirdim. 2014-cü ildə isə növbəti dəfə həkim komissiyasından keçdikdə artıq mənə müddətsiz əlillik dərəcəsi verilib. E-sosial.az saytından qeydiyyatdan keçdim. Şəxsi kabinetimdə isə sistemdə əlillik dərəcəmin ( müddətsiz olmağına baxmayaraq) bir il müddətinə işləndiyini gördüm. Həmçinin hərbi həkim komissiyasının mənə verdiyi diaqnoz da sistemə yanlış köçürülüb.
Sistemdə mənim müddətsiz əlillik dərəcəmin və diaqnozumun səhv işlənməsində mənim və ailəmin günahı var? Mən bu səhvə görə haqsızlıqla qarşı-qarşıya qalmışam. Bunu mənə və ailəmə qarşı haqsızlıq kimi qəbul edirəm. Sizdən xahiş edirəm, mənim müraciətimi qəbul edib, bu haqsızlığın aradan qaldırılmasına kömək edəsiniz”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Oxu.Az-ın sorğusunu cavablandırıb. Bildirilib ki, Süleymanov Fərrux David oğluna (569FWOZ) Əlillik Altsistemində (2.2. 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə meyarına əsasən) bir il müddətinə 27.05.2014-27.05.2015 tarixlərində ikinci dərəcə əlillik təyin edilib.
Şəxsin əlillik müddəti kağız daşıyıcılarda müddətsiz qeyd edilməsinə baxmayaraq, elektron bazada bir il müddəti göstərilib. Fərrux Süleymanova DSMF-dən əlilliyə görə sosial müavinəti barədə müvafiq arayış əldə edərək, rayon üzrə Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etməsi tövsiyə edilir. Həmin sənədlər üzrə müvafiq araşdırmalardan sonra vətəndaşın əlillik dərəcəsi ilə bağlı qərar veriləcək.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib